Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə təyin edilmiş imtahan ləğv edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət İmtahan Mərkəzi tərəfindən ictimaiyyətin diqqətinə çatdırılmış imtahan qrafikinə əsasən 4 dekabr tarixində BB vəzifə altqrupu və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanının, 13 dekabr tarixində isə A və B vəzifə növü üzrə dövlət qulluğuna qəbul üzrə test imtahanının keçirilməsi nəzərdə tutulub.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, 16 noyabr 2026-cı il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində dövlət qulluqçusunun dövlət qulluğunda fəaliyyətini davam etdirməsi üçün müvafiq sertifikat əldə etməsi ilə bağlı müddəa nəzərdə tutulmayıb.
Bununla əlaqədar olaraq, dekabrın 4-də keçirilməsi planlaşdırılan dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanın ləğv edilməsi qərara alınıb. İmtahanda iştirak etmək üçün ödəniş edən namizədlərin vəsaiti şəxsi kabinet hesablarına qaytarılacaq.
Qeyd edək ki, DİM tərəfindən əvvəlcədən elan edilmiş imtahan qrafikinə əsasən, dekabrın 4-də BB vəzifə altqrupu, dekabrın 13-də isə A və B vəzifə növü üzrə dövlət qulluğuna qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulub.
Məlumata görə, hər iki imtahanda namizədlərə Dövlət Qulluğu Məcəlləsi qüvvəyə minməzdən əvvəl müəyyən edilmiş proqram əsasında qanunvericilik, informatika, Azərbaycan dili və məntiqi təfəkkür üzrə test tapşırıqları təqdim olunacaq.
Qanunvericilik üzrə suallar isə Dövlət Qulluğu Məcəlləsinin qüvvədən düşmüş "Dövlət qulluğu haqqında" və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunlarla eynilik təşkil edən normalarını əhatə edəcək.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə Dövlət Qulluğu Məcəlləsinin 22.3-cü maddəsinə əsasən, iki il müddətinə qüvvədə olan "Dövlət qulluğu sertifikatı" veriləcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə təyin edilmiş imtahan ləğv edildi
-
Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə
-
Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Güclü külək əsəcək - Xəbərdarlıq
-
Yeni saziş Azərbaycanı Avropanın mühüm yaşıl enerji təchizatçısına çevirə bilər - Kamal Hacıyev
-
Aytən Mərəhhərmovanın ifasına tamaşaçı da ağladı, özü də... - (Video)
XƏBƏR LENTİ
-
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə təyin edilmiş imtahan ləğv edildi
-
Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə
-
Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Güclü külək əsəcək - Xəbərdarlıq
-
Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba həyəcanı
-
Yeni saziş Azərbaycanı Avropanın mühüm yaşıl enerji təchizatçısına çevirə bilər - Kamal Hacıyev
-
Aytən Mərəhhərmovanın ifasına tamaşaçı da ağladı, özü də... - (Video)
-
Çində Putinlə Tramp arasında qısa söhbət - (Video)
-
Ramil Qasımov və Emil Əfrasiyab birgə konsert verəcəklər- (Video)
-
Bu institutda direktor 6 min, müavinləri 5 min manat alacaq
-
Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub
-
Azərbaycan güləşçiləri Ermənistana gedəcək
-
"Yalı çapkını"nın Fəridinin kameralar qarşısında ürək bulandıran hərəkəti - (Video)
-
Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - RƏSMİ AÇIQLAMA
-
Prezident təqaüdü alanların sayı açıqlandı
-
Millimizin futbolçularının qaydalardan xəbəri yox imiş - Şahruddindən etiraf
-
Arda Gülərin “Real Madrid”lə müqaviləsi uzadıldı – Maaşı da artırıldı
-
Sosial şəbəkədəki şəkillərinə görə bacısını öldürübmüş... – Gülarənin qətlinin təfərrüatı - (Foto)
-
Kassano: "Ronaldinyonun bu hərəkəti biabırçılıqdır"
-
Prezident Oman Sultanını milli bayram münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Latviya Prezidentini təbrik edib
-
Tuba Ünsala sevgilisi yaxın rəfiqəsi ilə xəyanət edibmiş
-
Ermənistan ordusuna ayrılan vəsait kəskin artırılacaq
-
Mata 38 yaşında karyerasını bitirdi





