Dünya

Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba həyəcanı

18 Noyabr 2026 16:56
Baxış: 163
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiyanın "Azimuth Airlines" aviaşirkətinə məxsus, Mineralnıye Vodı şəhərindən Türkiyənin Antalya şəhərinə səfər edən sərnişin təyyarəsində bomba olması barədə xəbərdarlıq edilib.

Milli.Az xəbər verir ki, "Sukhoi Superjet 100" tipli, RA-89120 qeydiyyat nömrəli təyyarədə 65 sərnişin və 4 ekipaj üzvü olub.

Xəbərdarlıqdan sonra təyyarə təhlükəsizlik tədbirləri görülməklə Antalya hava limanına enib.

Təyyarə təhlükəsiz əraziyə çəkildikdən sonra bomba mütəxəssisləri tərəfindən axtarış aparılması nəzərdə tutulub.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.