Ermənistanla Zəngilan istiqamətində delimitasiya aparılacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin cənub istiqamətində delimitasiya və demarkasiya prosesinin həyata keçiriləcəyini bildirib.
Milli.Az Trend-ə istinadən bildirir ki, o, bunu hökumət saatı zamanı Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, eləcə də sülh müqaviləsinin imzalanması prosesi ilə bağlı sualı cavablandırarkən deyib.
Paşinyan bildirib ki, bu istiqamətlər tərəflər əvvəllər müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində irəliləyirlər.
"Ümumilikdə, xəbərlər yoxdur. Biz əvvəllər qeyd olunan, bəyan edilən və müzakirə olunan istiqamətlər üzrə irəliləyirik və əvvəl dediklərimi mərhələli şəkildə həyata keçirməliyik - xüsusilə Bişkekdəki görüşdən sonra", - Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, TRIPP layihəsinin həyata keçirilməsinin praktiki mərhələsinə başlanılır. Bu mərhələnin mühüm istiqamətlərindən biri kommunikasiyaların inşası üçün zəruri olan sərhədin cənub hissəsində delimitasiya və demarkasiya işlərinin aparılması olacaq.
Onun sözlərinə görə, söhbət nəqliyyat kommunikasiyaları, boru kəməri, dəmir yolu və avtomobil yolunun tikintisi üçün tələb olunan sərhəd sahəsindən gedir.
Paşinyan əlavə edib ki, Dublin görüşündə əvvəllər əldə edilmiş razılaşmalar bir daha təsdiqlənib. Bundan sonrakı iş delimitasiya komissiyalarının səlahiyyətində olacaq və onlar yüksək səviyyədə əldə olunan razılaşmaları həyata keçirəcəklər.
Xatırladaq ki, TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsi Zəngilan rayonu ərazisindən Ermənistan vasitəsilə Naxçıvana və Türkiyəyə əlaqəni təmin edəcək nəqliyyat-kommunikasiya marşrutunu nəzərdə tutur.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Dövlət qulluğu imtahanı ləğv edildi – Ödənişlər qaytarılacaq
-
Ermənistanla Zəngilan istiqamətində delimitasiya aparılacaq
-
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə təyin edilmiş imtahan ləğv edildi
-
Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə
-
Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Güclü külək əsəcək - Xəbərdarlıq
XƏBƏR LENTİ
-
"Qalatasaray" müdafiəçisini göndərir
-
Dövlət qulluğu imtahanı ləğv edildi – Ödənişlər qaytarılacaq
-
Ermənistanla Zəngilan istiqamətində delimitasiya aparılacaq
-
Bayrağı salamlayırdı, avtomobil vurdu - (Video)
-
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə təyin edilmiş imtahan ləğv edildi
-
Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə
-
Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Güclü külək əsəcək - Xəbərdarlıq
-
Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba həyəcanı
-
Yeni saziş Azərbaycanı Avropanın mühüm yaşıl enerji təchizatçısına çevirə bilər - Kamal Hacıyev
-
Aytən Mərəhhərmovanın ifasına tamaşaçı da ağladı, özü də... - (Video)
-
Çində Putinlə Tramp arasında qısa söhbət - (Video)
-
Ramil Qasımov və Emil Əfrasiyab birgə konsert verəcəklər- (Video)
-
Bu institutda direktor 6 min, müavinləri 5 min manat alacaq
-
Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub
-
Azərbaycan güləşçiləri Ermənistana gedəcək
-
"Yalı çapkını"nın Fəridinin kameralar qarşısında ürək bulandıran hərəkəti - (Video)
-
Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - RƏSMİ AÇIQLAMA
-
Prezident təqaüdü alanların sayı açıqlandı
-
Millimizin futbolçularının qaydalardan xəbəri yox imiş - Şahruddindən etiraf
-
Arda Gülərin “Real Madrid”lə müqaviləsi uzadıldı – Maaşı da artırıldı
-
Sosial şəbəkədəki şəkillərinə görə bacısını öldürübmüş... – Gülarənin qətlinin təfərrüatı - (Foto)
-
Kassano: "Ronaldinyonun bu hərəkəti biabırçılıqdır"
-
Prezident Oman Sultanını milli bayram münasibətilə təbrik edib





