Almaniyalı nazir Bakıda yepiskop, ravvin və imamla görüşdü - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Almaniyanın xarici işlər naziri Yohan Vadeful Azərbaycanda müxtəlif dinlər və məzhəblər arasında mövcud olan qarşılıqlı anlaşma və dini həmrəylik mühitini yüksək qiymətləndirib.
Milli.Az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan Vadeful Azərbaycana səfəri çərçivəsində noyabrın 17-də Avropa Yəhudilərinin Bakı dini icmasının sinaqoqunda olub.
Ziyarət zamanı nazir Azərbaycandakı dini konfessiyaların nümayəndələri ilə görüşüb. Ona Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq ölkədə multikulturalizm və dinlərarası dialoq sahəsində formalaşmış zəngin təcrübə, müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və birgəyaşayış ənənələri barədə məlumat verilib.
Yohan Vadeful sinaqoqda yaradılmış şəraitlə tanış olub, ona ölkəmizdə nəşr olunmuş Tövrat nüsxəsi nümayiş etdirilib. Görüşdə yəhudi icmasının Azərbaycanın müxtəlif bölgələrində məskunlaşaraq digər dinlərin təmsilçiləri ilə birlikdə sülh, qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində yaşadığı diqqətə çatdırılıb.
Almaniyanın xarici işlər naziri Azərbaycanda dövlət-din münasibətləri modelinin maraq doğurduğunu vurğulayıb. O, müxtəlif dinlər və məzhəblər arasında hökm sürən qarşılıqlı anlaşma və dini həmrəylik mühitini yüksək qiymətləndirdiyini bildirib.
Görüşdə iştirak edən dini icma nümayəndələri də Azərbaycanda mövcud olan tolerantlıq, dini qurumlara dövlət tərəfindən göstərilən diqqət və qayğı barədə fikirlərini bölüşüblər.
Avropa Yəhudilərinin Bakı dini icmasının baş ravvini Şneor Seqal ölkəmizdə icmanın sərbəst və təhlükəsiz şəraitdə yaşadığını, antisemitizm hallarına rast gəlinmədiyini bildirib.
Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete bütün dini konfessiyalara göstərilən dövlət dəstəyinin dinlərarası münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edib.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Bakı şəhərindəki "Hacı Cavad" məscidinin imamı İbrahim Quliyev və İlahiyyat məscidinin imam müavini Məzahir Məhərrəmov Azərbaycanın tarixən müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı məkan olduğunu diqqətə çatdırıblar. Onlar tolerantlıq prinsiplərinin dövlət siyasətində mühüm yer tutduğunu vurğulayıblar.
Sefarad Yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev isə icmaya göstərilən münasibət, ölkədə formalaşmış harmoniya mühiti və yəhudi məktəbinin fəaliyyəti barədə məlumat verib.
Görüşdə Almaniya Bundestaqının deputatı, Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədr müavini Daniel Kölbl və Bundestaqın deputatı, "Birlik 90/Yaşıllar" partiyasının daxili siyasət məsələləri üzrə sözçüsü Lamya Kaddor da iştirak ediblər.
Qeyd edək ki, Almaniyanın Xarici İşlər Nazirliyinin sosial media hesablarında da sinaqoqda keçirilən görüşlə bağlı paylaşımlar edilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sosial şəbəkədəki şəkillərinə görə bacısını öldürübmüş... – Gülarənin qətlinin təfərrüatı - Yenilənib - (Foto)
-
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə reaksiya
-
Narkotik əməliyyatlarında həbs edilənlər var - (Video)
-
Almaniyalı nazir Bakıda yepiskop, ravvin və imamla görüşdü - (Foto)
-
Azərbaycanda 6 vəkil Kollegiyadan xaric edilib, 2 vəkilin fəaliyyəti dayandırılıb
-
146 qayçı zərbəsi ilə arvadını öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi
XƏBƏR LENTİ
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Sosial şəbəkədəki şəkillərinə görə bacısını öldürübmüş... – Gülarənin qətlinin təfərrüatı - Yenilənib - (Foto)
-
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə reaksiya
-
Narkotik əməliyyatlarında həbs edilənlər var - (Video)
-
Almaniyalı nazir Bakıda yepiskop, ravvin və imamla görüşdü - (Foto)
-
Azərbaycanda 6 vəkil Kollegiyadan xaric edilib, 2 vəkilin fəaliyyəti dayandırılıb
-
146 qayçı zərbəsi ilə arvadını öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi
-
"Qalatasaray" müdafiəçisini göndərir
-
Dövlət qulluğu imtahanı ləğv edildi – Ödənişlər qaytarılacaq
-
Ermənistanla Zəngilan istiqamətində delimitasiya aparılacaq
-
Bayrağı salamlayırdı, avtomobil vurdu - (Video)
-
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə təyin edilmiş imtahan ləğv edildi
-
Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə
-
Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Güclü külək əsəcək - Xəbərdarlıq
-
Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba həyəcanı
-
Yeni saziş Azərbaycanı Avropanın mühüm yaşıl enerji təchizatçısına çevirə bilər - Kamal Hacıyev
-
Aytən Mərəhhərmovanın ifasına tamaşaçı da ağladı, özü də... - (Video)
-
Çində Putinlə Tramp arasında qısa söhbət - (Video)
-
Ramil Qasımov və Emil Əfrasiyab birgə konsert verəcəklər- (Video)
-
Bu institutda direktor 6 min, müavinləri 5 min manat alacaq
-
Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub
-
Azərbaycan güləşçiləri Ermənistana gedəcək
-
"Yalı çapkını"nın Fəridinin kameralar qarşısında ürək bulandıran hərəkəti - (Video)





