Şou-biznes

"Başımdakı tük qədər mənimlə ailə qurmaq istəyən insan var" - Mətanət Əsədova

19 Noyabr 2026 01:01
Baxış: 135
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Bir yanlışlığım var ki, müğənni olmuşam. Bu dəqiqə bu səhnəyə çıxmağa çoxlarının ürəyi gedir. Gəlməyin, gedin ailə qurun və xoşbəxt yaşayın, bir kişinin çörəyini yeyin. Özüm kişi kimi pul qazanıram. Gərək o tərəfdən olsun?".

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Bir gün" proqramında deyib. İfaçı artıq ailə qurmaq haqda düşünmədiyini etiraf edib:

"Ailə qurmaq haqda artıq düşünmürəm. Başımdakı tük qədər insan var, mənimlə ailə qurmaq istəyən. İndi ancaq sağlam can, axirət düşünürük. Artıq həmin istəklər getdi".

Sənətçi onu bəyənmədiklərini söyləyən bəzi xanımların əslində danışığını və geyimini təkrarladığını iddia edib:

"Bəzi xanımlar deyir ki, bunu sevmirəm. Amma danışığımı, geyimimi təkrarlayır. Plastik cərrahlar deyir ki, sizin şəklinizi gətirirlər, ora-buralarını sizə oxşatmaq istəyirlər. Məni bəyənmirlər. Sənətdə olanlardan isə danışmıram". (axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.