Cəmiyyət

Ağır qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş - (Foto)

19 Noyabr 2026 09:47
Baxış: 234
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünən axşam saatlarında Qazaxın Aslanbəyli kəndində 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzada həlak olanlar tanınmış aşığın ailə üzvləri imiş.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Opel" markalı avtomobillə toqquşan "Tofaş"da həlak olan 37 yaşlı Sənan Dərgahquliyev ölkənin qərb bölgəsində tanınmış el sənətkarı olan Aşıq Hüsən Şəmistanoğlunun övladıdır.

Qəzada Sənanın 8 yaşlı qızı Güllər və 2018-ci il təvəllüdlü bacısı oğlu Məhəmməd də ölüb. Onun həyat yoldaşı 30 yaşlı Türkan Dərgahquliyeva isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həmçinin digər avtomobilin sürücüsü İttifaq Müsəddirov da hadisə yerində həlak olub. 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.




Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.