Dünya

Putin Tramp arasında görüş başa çatdı - (Video)

19 Noyabr 2026 09:35
Baxış: 194
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Çinin Şenjen şəhərində Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı sammiti çərçivəsində görüşü başa çatıb, o, bir saatdan az davam edib.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Onlar ikitərəfli danışıqların yekunları üzrə mətbuat üçün birgə bəyanatlarla çıxış etməyiblər.

_______________

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında ikitərəfli görüş başlayıb.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, danışıqlar Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutur.

Məlumata görə, dünən Rusiya və ABŞ prezidentlərinin rəsmi qəbul zamanı qısa söhbət etmək imkanı olub. Onlar əl sıxaraq bir neçə kəlmə ilə fikir mübadiləsi aparıblar. Hazırda isə dövlət başçıları nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparırlar. 

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.