Cəmiyyət

Əli Nağıyev Gürcüstanın DTX rəisi ilə regional təhlükəsizliyi müzakirə edib

19 Noyabr 2026 10:19
Baxış: 143
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev ölkəmizdə səfərdə olan Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Tamaz Boraşvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

DTX-nin yaydığı məlumata əsasən, qonaqları Bakı şəhərində salamlamaqdan məmnunluğunu bildirən general-polkovnik Əli Nağıyev çoxəsrlik tarixə malik Azərbaycan-Gürcüstan əlaqələrinin xalqlarımızın qarşılıqlı hörmət və etimadına, səmimi dostluğuna əsaslandığını, həmçinin ölkələrimzin rəhbərləri arasında da eyni prinsiplərə söykənən münasibətlərin formalaşdığını qeyd edib.

Tamaz Boraşvili öz növbəsində səmimi qəbul üçün minnətdarlığını bildirərək, artan qlobal təhdidlərə qarşı mübarizədə hər iki ölkənin xüsusi xidmət orqanları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyinə diqqət çəkib.

Daha sonra görüş iştirakçıları mövcud strateji tərəfdaşlıq münasibətləri, qarşılıqlı maraq doğuran aktual məsələlər, regionda cərəyan edən son proseslər və müasir təhlükəsizlik çağırışları ətrafında geniş fikir mübadiləsi aparıblar.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.