Xəzərsahili qanunsuz obyektlər söküləcək? - Açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uzun illərdir Xəzər dənizinin ekoloji vəziyyəti həm təbii, həm də antropogen amillərin təsiri ilə müəyyən çətinliklərlə üzləşir. İqlim dəyişiklikləri nəticəsində dəniz səviyyəsinin aşağı düşməsi, sahil xəttinin geri çəkilməsi, eləcə də sahilboyu ərazilərdə insan fəaliyyətinin yaratdığı təsirlər bu ərazilərin mühafizəsi və idarə olunması məsələsini aktuallaşdırır.
Milli.Az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev bildirib.
Qeyd edib ki, Xəzər dənizinin xüsusi su obyekti kimi statusu, hövzənin ekoloji problemləri və ətraf ərazilərdə baş verən proseslər bu sahədə vahid və əlaqələndirilmiş dövlət siyasətinin həyata keçirilməsini zəruri edir.
Onun sözlərinə görə, son dövrlərdə Xəzər dənizində su səviyyəsinin azalması və sahilboyu ərazilərin dəyişməsi qarşıya yeni vəzifələr ortaya qoyur.
"Bununla yanaşı, həmin ərazilərdə antropogen təsirlər, torpaq sahələrindən qanunsuz istifadə və digər nizamsız fəaliyyətlər də mövcuddur. Dövlət qurumları belə halların qarşısının alınması istiqamətində tədbirlər görsələr də, bəzi proseslərin tənzimlənməsi mövcud qanunvericilik çərçivəsində çətinliklər yaradır. Sahilboyu ərazilərlə bağlı imzalanmış yeni fərmanın əsas məqsədlərindən biri dövlət nəzarətinin və ictimai monitorinqin gücləndirilməsi, əhali arasında maarifləndirmə işinin genişləndirilməsi, eləcə də qanun pozuntularına qarşı məsuliyyət tədbirlərinin təkmilləşdirilməsidir. Xəzərin sahilboyu ərazilərinə yalnız ekoloji mühafizə baxımından deyil, həm də mühüm iqtisadi resurs kimi yanaşılmalıdır. Bu ərazilərdən səmərəli istifadə, sahibkarlıq fəaliyyətinin inkişafı, dövlətin iqtisadi maraqlarının qorunması və vətəndaşların istirahət-rekreasiya hüquqlarının təmin edilməsi arasında tarazlıq yaradılması vacibdir. Eyni zamanda, ərazilərdə nizamsız və qanunvericiliyin tələblərinə uyğun olmayan fəaliyyətlərin qarşısının alınması mühüm əhəmiyyət daşıyır", - deyə şöbə müdiri vurğulayıb.
İ.Həbiyevin sözlərinə görə, fərman imzalanmazdan əvvəl bu istiqamətdə dövlət qurumlarının iştirakı ilə monitorinqlər aparılıb və xüsusi işçi qrupu yaradılıb: "İşçi qrupuna həmin ərazilərdə fəaliyyət göstərən müxtəlif dövlət orqanlarının, hüquq-mühafizə və tənzimləyici qurumların nümayəndələri daxil edilib. Monitorinqlər çərçivəsində 8-10 ərazidə araşdırmalar aparılıb, ümumilikdə 20 min 406 hektar torpaq sahəsi əhatə olunub. Araşdırmaların əsas məqsədi mövcud vəziyyəti qiymətləndirmək, ayrı-ayrı dövlət qurumlarının fəaliyyətini vahid siyasət çərçivəsində əlaqələndirmək, səmərəsiz və zərərli fəaliyyətləri müəyyənləşdirərək aradan qaldırmaq olub".
Şöbə müdiri əlavə edib ki, aparılan təhlillər nəticəsində sahilboyu ərazilərdə torpaqlardan istifadənin daha səmərəli təşkili, dövlət nəzarətinin təkmilləşdirilməsi və mövcud problemlərin sistemli şəkildə həlli istiqamətində təkliflər hazırlanıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Hikmət Hacıyevdən Ermənistana çağırış - Kütləvi məzarlıqların yerləri açıqlanmalıdır
-
Fuad Əbdürrəhmanov “Xalq Əmanəti” layihəsinin 27-ci nəşrində - (Foto)
-
Xəzərsahili qanunsuz obyektlər söküləcək? - Açıqlama
-
Bakı Şəhər İcra Hakimiyyətində yeni şöbə yaradıldı - Müdir təyin edildi
-
Azərbaycanda şagirdlərin sayı azalıb
-
Şamaxinkadakı lift nə vaxt işləyəcək?
XƏBƏR LENTİ
-
“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” - DTX rəis müavini
-
Hikmət Hacıyevdən Ermənistana çağırış - Kütləvi məzarlıqların yerləri açıqlanmalıdır
-
Fuad Əbdürrəhmanov “Xalq Əmanəti” layihəsinin 27-ci nəşrində - (Foto)
-
Xəzərsahili qanunsuz obyektlər söküləcək? - Açıqlama
-
Bakı Şəhər İcra Hakimiyyətində yeni şöbə yaradıldı - Müdir təyin edildi
-
Tanınmış xanəndələr yol nişanlarını tanımaqda çətinlik çəkdilər - (Video)
-
Azərbaycanda şagirdlərin sayı azalıb
-
Məşhur İtaliya klubu itlə müqavilə imzaladı
-
Bakıda 15 yaşlı oğlan bıçaqlandı
-
Şamaxinkadakı lift nə vaxt işləyəcək?
-
Nərman Qocatürkün meyiti tapıldı
-
Lətafət Ələkbərova: ""Gel"lər məni narahat edirdi, üzgərmə əməliyyatı etdirdim" - (Video)
-
Pensiyaların veriləcəyi tarix açıqlandı
-
Azərbaycanda qadın rektorların idarə etdiyi universitetlər - Adlar
-
ABŞ-də sistemlər çökür: Minlərlə uçuş ləğv edildi, banklar sıradan çıxdı
-
BDU-nun yeni rektoru Məleykə Abbaszadə kimdir? - Dosye
-
Alim Qasımovun ifası GTA 6-da - (Video)
-
Azərbaycanda zəlzələ oldu
-
Aysun İsmayılova: “İndi nə istəyirəm geyinirəm, hara istəyirəmsə, gedirəm” (Video)
-
Alen Simonyan Azərbaycana gələcək
-
Bakıda iki gün bu yollar bağlanacaq
-
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Bakıya səfər edib
-
Nəfəs əcnəbi musiqiçiləri heyran etdi - (Video)
-
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edildi





