Cəmiyyət

Bakı Şəhər İcra Hakimiyyətində yeni şöbə yaradıldı - Müdir təyin edildi

19 Noyabr 2026 11:48
Baxış: 218
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) struktur dəyişikliyi olub.

Milli.Az xəbər verir ki, bununla bağlı icra başçısı Eldar Əzizov müvafiq əmr imzalayıb.

Beynəlxalq əlaqələr şöbəsi və mətbuat xidməti birləşdirilərək əvəzində Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsi yaradılıb. Yeni yaradılan şöbənin müdiri vəzifəsinə Metin Adil oğlu Hüseynov təyin edilib.

Qeyd edək ki, M.Hüseynov bu təyinatadək BŞİH-nin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.