Yeni Yasamalda "yarımçıq məktəb"in yerində nə tikiləcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində, Məhəmməd Xiyabani küçəsi, 44 ünvanında yerləşən "yarımçıq məktəb" ərazisinin gələcək taleyi sakinlərin narazılığına səbəb olub.
Milli.Az xəbər verir ki, illərdir həmin sahənin Yeni Yasamal parkının genişləndirilməsi üçün istifadə olunacağını gözləyən sakinlər burada yeni çoxmərtəbəli binaların tikilə biləcəyindən narahatdırlar.
Sakinlərin sözlərinə görə, 2018-ci ildə burada yeni park salınıb. Ərazisi kiçik olduğundan müvafiq icra orqanlarına parkın genişləndilməsi ilə bağlı tapşırıq verilib. Lakin hazırda ərazinin tikinti üçün istifadə olunacağı iddia edilir. Digər narahatlıq doğuran məqam ərazidə 300-dən artıq çoxillik ağacın olmasıdır. Sakinlər yaşıllıqların məhv edilməsindən və yeni tikililərin onsuz da sıx məskunlaşmış ərazidə yaşayış şəraitini daha da çətinləşdirəcəyindən ehtiyat edirlər.
Sakinlərin iddiasına aydınlıq gətirmək məqsədilə "Şərur" MTK-nın rəhbəri İsfədiyar Axundovla əlaqə saxladıq. O, məsələyə belə münasibət bildirdi: "Cammat mənə deyir ki, burada tövlə bizi öldürür. Gəl buranı al, canımızı qurtar. Mən də gedib baxmişam, amma almıram, xoşum gəlmir oradan".
Yasamal Rayon İcra Hakimiyyətinə də sorğu ünvanladıq. Qurumdan bildirildi ki, "Yeni Yasamal 2" yaşayış sahəsində illər öncə yenidənqurma və abadlıq işləri aparılıb və "Yeni Yasamal istirahət parkı"nın bilavasitə yanındakı ərazidə 1,26 ha torpaq sahəsi "Şərur" MTK-ya ayrılıb. Hazırda yarımçıq tikilidə məskunlaşmış məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı ilə əlaqədar boşalan otaqların möhürlənməsi və digərləri tərəfindən zəbt olunmasının qarşısının alınması məqsədilə görülən tədbirlərdə MTK-nın nümayəndələrinin maraqlı tərəf kimi ərazini nəzarətdə saxlaması hələlik yaşamaqda davam edən bəzi ailələrin narazılığına səbəb olur və onlar əsassız iddialar irəli sürürlər.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Məleykə Abbaszadə BDU-da nələri dəyişəcək?
-
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini təqdim edib - (Foto)
-
Yeni Yasamalda "yarımçıq məktəb"in yerində nə tikiləcək?
-
AzTV-də ciddi dəyişikliklər olacaq
-
Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl nə paylaşmışdı?
-
“O, bir rektorun qurbanı oldu” - Nərman Qocatürkün xanımı
XƏBƏR LENTİ
-
53 yaşlı Aişvariya Ray illərə meydan oxuyur – Gözəlliyi diqqət çəkdi - (Video)
-
Məleykə Abbaszadə BDU-da nələri dəyişəcək?
-
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini təqdim edib - (Foto)
-
Pakistanda dəhşətli qəza: Avtobus yanacaq çəni ilə toqquşdu, 10 nəfər öldü
-
Türkiyəli vizajist Trampın qızını makiyaj etdi - (Video)
-
Yeni Yasamalda "yarımçıq məktəb"in yerində nə tikiləcək?
-
Türkiyədə məscidi ildırım vurdu
-
AzTV-də ciddi dəyişikliklər olacaq
-
İrandan region ölkələrinə xəbərdarlıq: Əraziləriniz ABŞ-a açıq olmasın
-
Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl nə paylaşmışdı?
-
Tarixi görüş başa çatdı - Putin, Tramp, Cinpin bir arada - (Yenilənib)
-
“O, bir rektorun qurbanı oldu” - Nərman Qocatürkün xanımı
-
Röyanın qardaşı oğlu ilə əyləncəli anları - (Video)
-
Yağış yağsa, yol çökə bilər?
-
Dörd nəfərin ölümünə səbəb olan sürücü 160 km/saat sürətlə hərəkət edib
-
Müəllimlərin işə qəbulu ilə bağlı qərar
-
Kəmalə Qaramollayevadan övladından imtina etməsi barədə deyilənlərə reaksiya
-
Bakıda maraqlı evlilik təklifi: Xanımın reaksiyası gündəm oldu (Video)
-
Əməkdar artist: "Qadının ən böyük düşməni elə qadındır"
-
Xəzərdən Sakit okeana: Bakının yeni geosiyasi hesabı
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır
-
Azərbaycan Prezidenti: Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir
-
Prezident İlham Əliyev: Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir
-
Prezident: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir





