Dünya

Tramp Putinlə bir saatda nə danışdı? - Müzakirə olunan mövzular

19 Noyabr 2026 12:30
Baxış: 153
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin Çinin Şençjen şəhərində keçirilən görüşdə əsasən Ukraynadakı müharibəni və iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, qapalı qapılar arxasında baş tutan danışıqlar yaxşı keçib. Tərəflər Ukrayna münaqişəsinin həlli yolları ilə bağlı fikir mübadiləsi aparıblar. Həmçinin Rusiya-ABŞ münasibətləri və Çin lideri Si Cinpinlə planlaşdırılan üçtərəfli görüş ətrafında müzakirələr aparılıb.

Uşakov Putinin görüşdən sonra əhvalının yüksək olduğunu bildirib.

Qeyd edək ki, görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçirilib. Tərəflərin müzakirələrinin konkret nəticələri və hər hansı razılaşma əldə olunub-olunmadığı barədə hələlik məlumat verilməyib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.