Dörd nəfərin ölümünə səbəb olan sürücü 160 km/saat sürətlə hərəkət edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qazax rayonunda ikisi azyaşlı olmaqla, dörd nəfərin həyatına son qoyan yol qəzası qeydə alındı. Təkcə bir ailə deyil, ümumilikdə cəmiyyət üçün ağır itki hesab olunan bu hadisə, təəssüf ki, hələ də yollarımızın kabusuna çevrilən sürət amilindən qaynaqlanır".
Milli.Az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, məhkumluq həyatı yaşamış İttifaq Müsədirovun etibarnaməsiz idarə etdiyi avtomobillə sutkanın qaranlıq vaxtı ensiz yolda yüksək sürətlə hərəkət etməsi və böyük ehtimalla yolun əyilən trayektoriyasında idarəetməni itirərək qarşıdan gələn avtomobilə çırpılması, özü ilə yanaşı, toqquşduğu avtomobilin sürücüsü S.Dəryahquliyevin, sonuncunun 8 yaşlı qızının və eyni yaşda olan bacısı oğlunun həyatına da son qoyub.
Hadisə yerindəki görüntülər onun avtomobili saatda 160 kilometr sürətlə idarə etdiyi və həmin sürətlə S.Dərgahquliyevin sürdüyü "Tofaş"a çırpılmasını göstərir.
"Statistikaya görə, ölkəmizdə nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi ən çox yol verilən qayda pozuntusudur. Cari ilin 10 ayı ərzində sürət həddinin aşılması səbəbindən 346 yol qəzası qeydə alınıb ki, nəticədə 256 nəfər həyatını itirib, 216 nəfər isə yaralanıb.
Sürətin məsafəni yox, ömrü qısaltması davamlı təbliğ olunsa da, təəssüf ki, polisin vizual, yaxud texniki nəzarət tədbirlərindən yayınan bəzi sürücülər dərhal bunu fürsət bilərək qaydaları pozmağa meyl edir, şəxsi və cəmiyyət qarşısındakı məsuliyyət hissini unudurlar.
Yüksək sürətin xoşbəxt sonluq vəd etmədiyini aydın dərk edən sürücü, bu həqiqəti şüurlu olaraq inkar edirsə, bu artıq şəxsin öz həyatına, doğmalarına, eləcə də ictimai münasibətlərə biganəliyidir. Yol isə məsuliyyət tələb edir. Həm şəxsi, həm də ictimai!
Tələblərə yalnız cəza təhdidi altında əməl edənlər isə mütləq yarımçıq qoyduqları arzulara görə cavabdehdirlər", - məlumatda vurğulanıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Dörd nəfərin ölümünə səbəb olan sürücü 160 km/saat sürətlə hərəkət edib
-
“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” - DTX rəis müavini
-
Bakıda 15 yaşlı oğlan bıçaqlandı
-
Nərman Qocatürkün meyiti tapıldı
-
Beyləqanda VAZ su arxına aşdı: Sürücü öldü, sərnişin yaralandı
-
Bakıda tanınmış vəkil narkotiklə saxlanıldı
XƏBƏR LENTİ
-
Yağış yağsa, yol çökə bilər?
-
Dörd nəfərin ölümünə səbəb olan sürücü 160 km/saat sürətlə hərəkət edib
-
Müəllimlərin işə qəbulu ilə bağlı qərar
-
Kəmalə Qaramollayevadan övladından imtina etməsi barədə deyilənlərə reaksiya
-
Bakıda maraqlı evlilik təklifi: Xanımın reaksiyası gündəm oldu (Video)
-
Əməkdar artist: "Qadının ən böyük düşməni elə qadındır"
-
Xəzərdən Sakit okeana: Bakının yeni geosiyasi hesabı
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır
-
Azərbaycan Prezidenti: Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir
-
Prezident İlham Əliyev: Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir
-
Prezident: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir
-
"Bozo"nun qızının ifası maraq doğurdu – (Video)
-
Tanınmış güləşçi vəfat etdi - (Foto)
-
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
-
Hava kəskin dəyişir: Külək, qar... - Proqnoz verildi
-
Azərbaycanda "Qara cümə" endirimlərinin görünməyən üzü
-
Türkiyəli müğənni 10 il həbs oluna bilər
-
Paşinyan bu halda istefa verəcəyini açıqladı
-
Bu məhsulu qətiyyən almayın - Xəbərdarlıq
-
Tarixi görüş başladı - Putin, Tramp, Cinpin bir arada
-
Noyabr ayının son günləri böyük sürpriz yaşayacaq 3 bürc
-
Tramp Putinlə bir saatda nə danışdı? - Müzakirə olunan mövzular
-
“Uzak şehir” final edir?
-
Paytaxtın daha üç rayonunda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi - (Foto)





