Təzyiq xəstələrinə şad xəbər - Dərmanlar pulsuz olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır.
Milli.Az report-a istinadən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes əməkdaşlıq forumu" çərçivəsində baş tutan "Qurumların fəaliyyəti, işəgötürənlətlı əməkdaşlıq və əmək bazarının aktual məsələləri" mövzusundakı panel sessiyada deyib.
Onun sözlərinə görə, hazırda vətəndaşlar icbari tibbi sığorta hesabına yalnız stasionar şəraitdə göstərilən tibbi xidmətlər zamanı istifadə olunan dərman preparatları və tibbi sərfiyyat materialları ilə dövlət hesabına təmin edilirlər:
"Ambulator şəraitdə isə onlara resept əsasında təyin olunan dərman preparatlarını öz vəsaitləri hesabına əldə edirlər. Lakin gələn ilin aprel ayından etibarən bu istiqamətdə də müvafiq mexanizmlərin tətbiqinə başlanılması planlaşdırılır. Bununla bağlı artıq funksional, qanunvericilik və normativ tərəflər hazırlanıb, müvafiq layihələr təsdiqə göndərilib. Yaxın günlərdə onların təsdiqlənəcəyini ehtimal edirik".
R.Rzayev bildirib ki, ilkin mərhələdə daha təxirəsalınmaz xəstəliklərdən biri olan arterial hipertenziyanın, yəni yüksək arterial qan təzyiqinin müalicəsini təmin edən və dəstəkləyən dərman preparatlarının 26 adda xidmətlər zərfi çərçivəsində vətəndaşlara təqdim edilməsi planlaşdırılır.
"Dövlət-biznes əməkdaşlığı müstəvisində özəl təşkilatlar, aptek təşkilatları bu dərman preparatlarının təminatı üçün agentliyimiz tərəfindən sistemə qoşulacaq. Onların həmin sistemə qoşulması elektron resept əsasında təyin olunmuş dərman vasitələrinin təminatının həyata keçirilməsi istiqamətində rolları böyük olacaq. Onların da müvafiq elektron rəqəmsal sistemlərə qoşulması ilə əlaqədar texniki tapşırıqlar hazırlanıb və Agentliyimiz tərəfindən aidiyyəti üzrə Səhiyyə Nazirliyi, eləcə də aidiyyəti strukturlara ötürülür", - deyə o əlavə edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İranın ağası və... dığası - Yunus Oğuz yazır
-
Təzyiq xəstələrinə şad xəbər - Dərmanlar pulsuz olacaq
-
Bakıya leysan yağacaq - Bu tarixdə
-
Məleykə Abbaszadə BDU-da nələri dəyişəcək?
-
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini təqdim edib - (Foto)
-
Yeni Yasamalda "yarımçıq məktəb"in yerində nə tikiləcək?
XƏBƏR LENTİ
-
Avropa Komissiyasına kiberhücum: Şəxsi məlumatlar təhlükə altına düşdü
-
“Real” braziliyalı ulduzunu 60 milyona satmağa hazırdır
-
İranın ağası və... dığası - Yunus Oğuz yazır
-
Təzyiq xəstələrinə şad xəbər - Dərmanlar pulsuz olacaq
-
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alındı
-
Nazilə Səfərli: “Mənə çox ayıb olsun ki, gec tanımışam” (Foto)
-
"İnterturan" mebel mağazası niyə bağlandı?
-
“Santa Barbara”nın aktyorunu maşın vurub öldürdü
-
Bakıya leysan yağacaq - Bu tarixdə
-
53 yaşlı Aişvariya Ray illərə meydan oxuyur – Gözəlliyi diqqət çəkdi - (Video)
-
Məleykə Abbaszadə BDU-da nələri dəyişəcək?
-
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini təqdim edib - (Foto)
-
Pakistanda dəhşətli qəza: Avtobus yanacaq çəni ilə toqquşdu, 10 nəfər öldü
-
Türkiyəli vizajist Trampın qızını makiyaj etdi - (Video)
-
Yeni Yasamalda "yarımçıq məktəb"in yerində nə tikiləcək?
-
Türkiyədə məscidi ildırım vurdu
-
AzTV-də ciddi dəyişikliklər olacaq
-
İrandan region ölkələrinə xəbərdarlıq: Əraziləriniz ABŞ-a açıq olmasın
-
Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl nə paylaşmışdı?
-
Tarixi görüş başa çatdı - Putin, Tramp, Cinpin bir arada - (Yenilənib)
-
“O, bir rektorun qurbanı oldu” - Nərman Qocatürkün xanımı
-
Röyanın qardaşı oğlu ilə əyləncəli anları - (Video)
-
Yağış yağsa, yol çökə bilər?
-
Dörd nəfərin ölümünə səbəb olan sürücü 160 km/saat sürətlə hərəkət edib





