İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İranın ABŞ ilə mümkün danışıqlarının gündəliyi Tehranın daha əvvəl irəli sürdüyü 7 günlük plana əsaslanır.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera" telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, hazırda müzakirə masasında olan plan əslində İranın daha əvvəl təqdim etdiyi 7 günlük təşəbbüsdür:
"Sənəddə Hörmüz boğazının açılması ilə bağlı Tehranın şərtləri yer alır. Bu tələblər yerinə yetirilərsə, boğaz altıncı gün açılacaq, yeddinci gün isə İranla ABŞ arasında danışıqlar bərpa olunacaq. Plan BMT Baş Assambleyasının sessiyası zamanı Nyu-Yorkda təqdim edilib. İlk gün ABŞ bir sıra addımlar atmalı, ikinci gün isə Hörmüz boğazı açılaraq gəmiçilik əvvəlki qaydasına qayıtmalıdır".
Nazir bildirib ki, Vaşinqtona ünvanlanan tələblər İslamabad anlaşma memorandumunda əksini tapıb:
"Sənədin doqquzuncu bəndinə əsasən, ABŞ yeni sanksiyalar tətbiq etməməli və regiondakı hərbi mövcudluğunu artırmamalıdır. Tehran isə memorandumun imzalanmasından sonra tətbiq edilən bütün sanksiyaların ləğvini, ABŞ hərbi qüvvələrinin sayının əvvəlki səviyyəyə endirilməsini və blokadanın aradan qaldırılmasını tələb edir. Bu tələblərə neft məhdudiyyətləri ilə bağlı əvvəldən nəzərdə tutulan istisnalar da daxildir".
Xarici işlər nazirinin sözlərinə görə, Hörmüz boğazında gəmiçilik üçün İran və Oman arasında razılaşdırılmış yeni marşrut müəyyən edilməli, boğazın cənub hissəsindəki digər marşrutlar isə bağlanmalıdır:
"Tehranın şərtləri yerinə yetirildikdən və Hörmüz boğazı açıldıqdan sonra ABŞ ilə danışıqların bərpası mümkün olacaq".
Xatırladaq ki, Əraqçi daha əvvəl "Al Jazeera"ya müsahibəsində İranın yeni silah növlərini sınaqdan keçirdiyini və ölkənin silahlı qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətində olduğunu bildirmişdi.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Pezeşkian: Ali Rəhbər ABŞ ilə bağlı hökumətə səlahiyyət verib
-
İran bunu etsə, “kiberqiyamət” olacaq
-
“Hörmüz tamamilə bağlıdır və nəzarətimizdədir” - Əli Abdullahi
-
Tehranda “Məkkə İttifaqı”nın görüşündə bəyanat qəbul edildi
-
Son 48 ildə ilk: İran ABŞ-dən təzminat aldı
XƏBƏR LENTİ
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir
-
Yamalın atası oğlunun əsl adını açıqladı
-
"Dikkat bebek var"ın aktyoru illər sonra - (Foto)
-
Azərbaycanlı karateçi Avropa birinciliyində gümüş medal qazanıb





