Dünya

Belçikanın Baş naziri istefa verdi - Səbəb

2 Noyabr 2026 14:55
Baxış: 359
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Belçikanın Baş naziri Bart De Vever istefa ərizəsini ölkə kralına təqdim edib.

Milli.Az xəbər verir ki, bu barədə VRT məlumat yayıb.

Baş nazirin istefasına hökumət daxilində büdcə məsələləri ilə bağlı yaranan fikir ayrılıqlarının aradan qaldırılmaması səbəb olub.

Məlumata görə, Belçikanın dövlət borcu ölkənin ümumi daxili məhsulunun (ÜDM) 110 faizini ötüb və 735 milyard avroya çatıb. Avropa İttifaqının qaydalarına əsasən, üzv dövlətlərin dövlət borcu ÜDM-in 60 faizindən çox olmamalıdır.

Belçika hökuməti büdcə xərclərini 10 milyard avro azaltmağı planlaşdırır. Lakin bu məqsədə çatmaq üçün görüləcək tədbirlərlə bağlı koalisiya üzvləri arasında razılıq əldə olunmayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.