Oktyabrda hava iqlim normasından yuxarı olub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən ay Azərbaycanda hava iqlim normasından 3 dərəcə yuxarı olub.
Milli.Az xəbər verir kİ, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ay ərazisində havanın temperaturu iqlim norması ilə müqayisədə 25 gün normadan yuxarı (1-8 dərəcə), 3 gün normadan aşağı (1-6 dərəcə) olub. 3 gün temperatur iqlim norması daxilində müşahidə edilib. Orta aylıq temperatur 19 dərəcə isti olub ki, bu da iqlim normasından 3 dərəcə yuxarıdır.
Bakı və Abşeron yarımadasında maksimal temperatur oktyabrın 18-də Sumqayıtda 30 dərəcə isti, bölgələrdə isə oktyabrın 14-də Zəngilanda 34 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında oktyabrın 4-də Bakıda 10 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə həmin tarixdə Şahdağda 5 dərəcə şaxta olub.
Oktyabr ayının bəzi günlərində fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunub, şimşək çaxıb. Bəzi yerlərdə yağıntılar intensiv, leysan xarakterli və güclü olub. Dağlıq ərazilərə sulu qar və qar yağıb. Qar örtüyünün maksimal hündürlüyü Qrızda (Quba) 10 sm qeydə alınıb. Ümumilikdə, ay ərzində bölgələrdə 30 gün yağıntılı hava şəraiti müşahidə olunub.
Məlumata görə, ən çox yağıntı Mərkəzi Aran zonasında aylıq normanın 441 faizi olmaqla 199 mm (Neftçala), Balakən-Şəki zonasında aylıq normanın 238 faizi olmaqla 206 mm (Şəkinin Kişçay ərazisi), Bakı və Abşeron yarımadasında isə aylıq normanın 448 faizi olmaqla 84 mm (Neft Daşları) təşkil edib.
Oktyabr ayı ərzində Yardımlı və Gədəbəy rayonlarının bəzi ərazilərində, Zaqatala rayonunun Yuxarı Tala kəndində, Şəki rayonunun Oxud və Kişçay kəndlərində, eləcə də Şahbuz rayonunun Biçənək kəndində dolu müşahidə olunub. Ən iri dolu oktyabrın 10-da Yardımlı rayonunda qeydə alınıb, diametri 18-20 mm olub.
Ay ərzində Bakı və Abşeron yarımadasında 4 gün, bölgələrdə isə 11 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 27 m/s, bölgələrdə isə 20 m/s təşkil edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bu şəxslər üçün gedişhaqqı cəmi 1 qəpik olacaq - Bu tarixlərdə
-
“Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib!
-
Koronavirusa yenidən yoluxma riski nə qədərdir?
-
Oktyabrda hava iqlim normasından yuxarı olub
-
İranla sərhədimizdə PUA məhv edildi
-
Ayın 3-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
XƏBƏR LENTİ
-
Bakıda maşın "Arzum" mağazasına girdi
-
Bu şəxslər üçün gedişhaqqı cəmi 1 qəpik olacaq - Bu tarixlərdə
-
Meşə torpaqlarını icarəyə vermək adı ilə rüşvət alıblar - Direktor həbs edildi
-
“Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib!
-
ABŞ Rusiya qazının Avropaya ixracını bərpa edəcək
-
“Barselona” Balde ilə bağlı qərarını verdi
-
Belçikanın Baş naziri istefa verdi - Səbəb
-
Bir ildə 30 nəfər ayıların qurbanı oldu - Ən təhlükəli bölgələr açıqlandı
-
Bahar Lətifqızı: "Övladlarım dedilər ki, biz sənsiz qala bilmirik"
-
Koronavirusa yenidən yoluxma riski nə qədərdir?
-
Oktyabrda hava iqlim normasından yuxarı olub
-
ANS-in məşhur aparıcısı niyə efirdən uzaq düşüb? - Özü açıqladı - (Video)
-
Ceyranbatan gölündən meyit tapılıb? - Rəsmi açıqlama
-
“Fənərbağça”nın yeni baş məşqçisi bəlli oldu
-
Bakının mərkəzində piyadanı maşın vurdu - (Foto)
-
Tarixdə ən gənc "Formula-1" çempionu oldu
-
"Vikinq" – "Sabah" matçını hansı hakim idarə edəcək?
-
İranla sərhədimizdə PUA məhv edildi
-
Ayın 3-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - (Video)
-
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
-
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
-
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunur?
-
Binə qəsəbəsində evlər sökülür: Kvadratmetrinə 1200 manat verilir





