Dünya

ABŞ Rusiya qazının Avropaya ixracını bərpa edəcək

2 Noyabr 2026 15:10
Baxış: 371
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ enerji sahəsində atəşkəs danışıqları çərçivəsində Rusiya qazının Ukrayna ərazisindən keçməklə Avropaya ixracının bərpasını təklif edir.

Milli.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin məlumatına görə, sentyabr ayında ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və xüsusi elçisi Stiv Uitkoff tərəfindən müzakirə olunan təşəbbüs Rusiya qazının ABŞ-ın vasitəçiliyi ilə Avropaya nəqlini nəzərdə tutur.

Bu planın amerikalı investorlar üçün maliyyə gəliri yaratmaqla yanaşı, Ukraynaya tranzit gəlirləri qazandıracağı ehtimal edilir.

Vaşinqton, həmçinin Rusiyanın müharibəni maliyyələşdirmək üçün qaz satışından əldə etdiyi gəlirlərdən istifadəsinin qarşısını almaq məqsədilə vəsaitlərin depozit hesabında saxlanılmasını təklif edib.

Lakin Avropa ölkələri bu təşəbbüsə qarşı çıxırlar. Onlar 2027-ci ilə qədər Rusiya qazının idxalını dayandırmaqla bağlı götürdükləri öhdəlikləri əsas gətirirlər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.