Cəmiyyət

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)

1 Noyabr 2026 19:49
Baxış: 470
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Daş Salnamə Muzeyində rəssam, heykəltaraş Orxan Nəbizadənin "Qədim daş, müasir yaddaş" və Elvin Nəbizadənin isə "Məsuliyyət radiusu" adlı layihələri təqdim olunub.

Milli.Az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva tədbirdə iştirak ediblər.

"Qədim daş, müasir yaddaş" layihəsi Qobustanın qədim qayaüstü təsvirlərindən ilhamlanaraq ərsəyə gətirilib. Heykəltəraşlıq nümunələrində Qafqaz bəbiri, ceyran, boz canavar, qonur ayı və şah qartalı təsvir olunub. "Məsuliyyət radiusu" adlı layihədə isə insanın vəhşi təbiətə münasibəti interaktiv formada təqdim edilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.