İdman

“Neftçi” liderliyə yüksəldi

1 Noyabr 2026 17:08
Baxış: 421
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Neftçi" Misli Premyer Liqasının X turunda "Şamaxı"ya qalib gəlib.

Milli.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda qonaqlar 3:2 hesablı qələbəyə seviniblər.

"Ağ-qaralar"ın heyətində Qustavo Klisman (14), Breno Almeyda (49) və Adeleke Akinyemi (75) fərqləniblər. Ev sahiblərinin heyətində isə Abdullahi Şuaybu (24) və Ayman Bouali (64) adlarını tabloya yazdırıblar.

Xallarının sayını 21-ə çatdıran "Neftçi" turnir cədvəlində liderliyi ələ keçirib. "Şamaxı" isə 13 xalla yeddincidir.

Xatırladaq ki, turun daha əvvəl baş tutan görüşlərində "Turan Tovuz" evdə "Sabah"ı 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Zirə" (2:2) və "Qəbələ" - "Qarabağ" (0:0) görüşləri isə heç-heçə yekunlaşıb.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.