Dünya

Məşhur musiqiçi vəfat etdi

1 Noyabr 2026 12:10
Baxış: 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiyanın "Lyube" qrupunun bek-vokalisti Aleksey Tarasov 64 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə musiqi kollektivinin sosial şəbəkə hesablarında bildirilib.

Qrupun Telegram kanalında yayımlanan açıqlamada sənətçinin vəfatı ilə bağlı dərin hüzn ifadə olunub.

Aleksey Tarasov 1961-ci il dekabrın 2-də Moskvada anadan olub. O, İppolitov-İvanov adına Akademiyanın dirijorluq-xor şöbəsini bitirib.

Tarasov musiqi kollektivinin fəaliyyətə başladığı ilk dövrlərdən etibarən "Lyube" qrupunun üzvü olub.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.