Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır.
Milli.Az Medicina.az-a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər.
O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusilə 40 yaşdan yuxarı insanların risk altında olduğu bir bədxassəli şiş növüdür:
"Çox vaxt kolorektal xərçəng heç bir aydın əlamət olmadan inkişaf edir və yalnız gec mərhələdə aşkar olunur. Lakin xəstəlik erkən mərhələlərdə çox yaxşı müalicə oluna bilir, buna görə də onun vaxtında aşkarlanması həyati əhəmiyyət daşıyır".
Muxametov müəyyən əlamətlər müşahidə edildikdə həkimə müraciət etməyi tövsiyə edir. O vurğulayır ki, əgər insanda anemiya yaranarsa və ya hemoqlobin səviyyəsi düşərsə, xərçəngin olub-olmadığını yoxlamaq üçün mütləq tibbi müayinədən keçmək lazımdır:
"Anemiya yoğun bağırsağın sağ hissəsində şişin olmasının əlaməti ola bilər. Əgər hemoqlobin səviyyəniz düşübsə, mütləq müayinədən keçməlisiniz.
Anemiya özünü necə büruzə verir? Onun əlamətlərinə dərinin solğunlaşması, tez yorulma, təngnəfəslik, başgicəllənmə, göz önündə "nöqtələr" və ya "ləkələr"in uçuşması, qulaqlarda küy və hətta cüzi fiziki gərginlik zamanı belə bol tərləmə daxildir".
Bundan əlavə, cərrah əlavə edir ki, qarında davamlı narahatlıq, məsələn, köp və ya qaz toplanması kimi hallar müşahidə olunarsa, xərçəng müayinəsindən keçmək lazımdır. Digər narahatedici əlamət isə qəbizliyin tez-tez təkrarlanmasıdır.
Muxametov vurğulayıb ki, kolorektal xərçəngin vaxtında aşkarlanması əsasən profilaktik müayinələr vasitəsilə mümkündür. 40 yaşdan sonra insanlar kolonoskopiya müayinəsindən keçməli və nəcisin gizli qana görə analizini verməlidirlər. Həmçinin, bağırsaq xərçəngindən daha yaxşı qorunmaq üçün sağlam həyat tərzi sürmək lazımdır: oturaq həyat tərzindən, siqaretdən, artıq çəkidən (piylənmədən), zərərli qidalardan və spirtli içkilərin həddindən artıq qəbulundan uzaq durmaq vacibdir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
-
Bu qidaları dərmanlarla birlikdə qəbul etmək olmaz
XƏBƏR LENTİ
-
Bakıya uçan təyyarə havaya qalxa bilmədi
-
Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedə biləcəksiniz
-
"Nobel" arzusu xanımına nəsib ola bilər
-
Tramp kameraların önündə jurnalisti təhqir etdi
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Paşinyan yeni pasport üçün şəkil çəkdirdi
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb
-
Neymardan sonra bunu bacaran ilk futbolçu oldu
-
Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
Noyabrın 1-nə olan hava proqnozu açıqlanıb
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Kredit götürənlərə pis xəbər! – Bu yaşda olanlar sığortalanmayacaq
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Bu ərazimizə qar yağdı
-
Azərbaycanlı alim vəfat etdi
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi
-
İqtisadiyyat.az-ın 8 yaşı tamam olur
-
Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək





