Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb.
Milli.Az xəbər verir ki, bu sözləri Coğrafiya İnstitutunun "Xəzər dənizinin coğrafiyası" laboratoriyasının müdiri Səid Səfərovun "Kaspi" qəzetinə müsahibəsində deyib.
S.Səfərovun sözlərinə görə, Xəzər dənizinin geri çəkilməsinin müxtəlif səbəbləri var:
"Onlardan biri antropogen amillərdir. Xəzər qapalı su hövzəsi olduğundan dənizin səviyyəsi, ilk növbədə, su balansından - hövzəyə daxil olan və itirilən suyun miqdarı arasındakı fərqdən asılıdır. Hazırda həm Volqa çayının, həm də Xəzərə tökülən digər çayların sularından təsərrüfat məqsədləri üçün geniş istifadə olunur. Bundan başqa, çay hövzələrində, xüsusilə Volqa çayı üzərində çoxsaylı iri su anbarları yerləşir. Onların ümumi sahəsi 36 min kvadratkilometrdən çoxdur. Su elektrik stansiyalarının normal fəaliyyətini təmin etmək üçün həmin anbarlarda müəyyən su səviyyəsinin qorunması da tələb olunur. Nəticədə suyun bir hissəsi anbarlarda saxlanılır və Volqa çayının Xəzərə çatdırdığı suyun həcmi azalır. İqlim amilləri də bu prosesə təsir göstərir. Qlobal istiləşmə və temperaturun yüksəlməsi dənizin səthindən buxarlanmanı artırır. Volqa hövzəsinin şimal ərazilərində temperatur artımının daha intensiv olması yay aylarında buxarlanmanı gücləndirir. Yağıntıların Xəzərin su balansına təsiri nisbətən azdır. Burada əsas rolu çayların gətirdiyi suyun həcmi və dənizin səthindən buxarlanma oynayır".
O qeyd edib ki, mövcud hesablamalara əsasən, hətta Paris Sazişinin hədəflərinə əməl olunsa belə, əsrin sonunadək Xəzərin səviyyəsinin 8-9 metr aşağı düşəcəyi proqnozlaşdırılır:
"İqlim öhdəlikləri yerinə yetirilməzsə, bu göstərici 18-19 metrə çata bilər. Bunlar ən mənfi ssenarilərə əsaslanan proqnozlardır. Belə bir azalma Xəzər dənizi və ətraf ölkələr üçün fəlakətli nəticələr doğura bilər.
Xəzərin səviyyəsinin 18-19 metr aşağı düşməsinin nə demək olduğunu təsəvvür edin. Bu halda Bakı bulvarı dənizdən 20-30 kilometr uzaqda qala bilər. Dəniz çəkildikcə tamamilə yeni infrastrukturun qurulmasına ehtiyac yaranacaq. Bu isə külli miqdarda vəsait tələb edir. Belə bir ssenari gəmiçilik və dəniz nəqliyyatı üçün də ciddi problemlər yaradacaq. Şimali Xəzərin orta dərinliyi hazırda təxminən 5 metrdir, ən dərin hissələrində isə bu göstərici 20-22 metrə çatır. Artıq indidən Şimali Xəzərdə gəmi hərəkəti ilə bağlı ciddi çətinliklər mövcuddur. Dənizin səviyyəsi daha 18-19 metr aşağı düşərsə, Şimali Xəzərin böyük hissəsi tamamilə quruyacaq və Volqa çayı ilə əlaqəsi, demək olar ki, kəsiləcək. Çay dənizə ayrı-ayrı qollarla tökülsə də, iri gəmilərin hərəkəti mümkün olmayacaq. Xəzər həm də mühüm enerji mənbəyidir. Burada neft və qaz hasil olunur. Hasilat infrastrukturu dənizin müəyyən səviyyəsi və dərinliyi nəzərə alınmaqla qurulub. Səviyyənin kəskin azalması neft və qaz hasilatında, eləcə də onların daşınmasında ciddi problemlər yarada bilər. Mövcud nəqliyyat və hasilat sistemlərinin fəaliyyəti çətinləşəcək. Buna görə də alternativ həllər tapılmalı, yeni layihələr hazırlanmalı və əlavə infrastruktur qurulmalıdır. Bütün bunlar isə çox böyük maliyyə vəsaiti tələb edəcək".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb
-
Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
Noyabrın 1-nə olan hava proqnozu açıqlanıb
-
Kredit götürənlərə pis xəbər! – Bu yaşda olanlar sığortalanmayacaq
XƏBƏR LENTİ
-
Paşinyan yeni pasport üçün şəkil çəkdirdi
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb
-
Neymardan sonra bunu bacaran ilk futbolçu oldu
-
Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
Noyabrın 1-nə olan hava proqnozu açıqlanıb
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Kredit götürənlərə pis xəbər! – Bu yaşda olanlar sığortalanmayacaq
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Bu ərazimizə qar yağdı
-
Azərbaycanlı alim vəfat etdi
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi
-
İqtisadiyyat.az-ın 8 yaşı tamam olur
-
Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
-
On doqquz artıq mandat: İsrail özünü hesab tələsinə necə saldı
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..." - (Video)





