Şou-biznes

Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..."

31 Oktyabr 2026 10:29
Baxış: 485
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Teleaparıcı Zaur Baxşəliyev məktəb dövrü ilə bağlı maraqlı etirafları ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, uşaqlıq illərində müəllimlərindən çəkdiyi qorxunu və başına gələn hadisələri yada salıb.

Aparıcı bildirib ki, Əbülfət adlı müəllimindən xüsusilə çəkinirmiş. Bir dəfə dərsdə etdiyi şıltaqlığa görə müəllimi çantasını onun başına vurub. Çantanın dəmir hissəsi başına dəydiyindən həmin nahiyədə şiş yaranıb. Lakin Zaur evdə qorxusundan baş verənləri heç kimə danışmayıb.

Baxşəliyev digər bir hadisəni də xatırlayıb. Onun sözlərinə görə, müəlliminin gəlini Nailə müəllimə də vaxtilə ona cəza verib. Belə ki, Şuşada uşaqları toplayaraq meşəyə aparan Zaur geri qayıtdıqdan sonra müəlliməsindən şillə alıb. Zaur həmin zərbədən sonra qulağının cingildədiyini söyləyib.

Aparıcının illər sonra dilə gətirdiyi bu xatirələr maraqla qarşılanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.