İqtisadiyyat.az-ın 8 yaşı tamam olur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün - oktyabrın 31-də İqtisadiyyat.az xəbər portalının fəaliyyətə başlamasından 8 il ötür.
2018-ci il oktyabrın 31-də fəaliyyətə başlayan İqtisadiyyat.az müstəqil informasiya siyasəti həyata keçirən media subyekti kimi ölkənin media məkanında özünəməxsus yer tutur.
Portal Azərbaycanda və dünyada baş verən ictimai-siyasi, sosial, iqtisadi və mədəni hadisələri, eləcə də bank sektorundakı yenilikləri, maliyyə və biznes xəbərlərini operativ şəkildə oxuculara çatdırır.
Bununla yanaşı, internet nəşrində müxtəlif sahələri əhatə edən müsahibələr, reportajlar, müəllif yazıları, analitik təhlillər və araşdırmalar dərc olunur.
İqtisadiyyat.az-ın əsas fəaliyyət prinsipləri operativlik, obyektivlik və dəqiqlikdir. Portal xəbərləri oxuculara etibarlı və dolğun şəkildə təqdim etməyi, gündəmin mühüm hadisələrini işıqlandırmağı qarşısına məqsəd qoyub.
İqtisadiyyat.az yalnız rəsmi internet saytı ilə deyil, sosial şəbəkələrdəki səhifələri vasitəsilə də geniş auditoriyaya çatır. Hazırda portalın "Telegram" kanalında 20 minə yaxın, "Instagram" səhifəsində 73 min, "TikTok" hesabında 150 min, "Facebook" səhifəsində isə 105 min izləyicisi var.
Kiçik və peşəkar kollektivlə fəaliyyətini davam etdirən İqtisadiyyat.az qarşıdakı illərdə də informasiya sahəsində yeni uğurlara imza atmağı, auditoriyasını genişləndirməyi və oxucularının etimadını doğrultmağı hədəfləyir.
İqtisadiyyat.az kollektivi bu yolda onlara dəstək olan bütün oxucularına və izləyicilərinə təşəkkür edir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Bu ərazimizə qar yağdı
-
Azərbaycanlı alim vəfat etdi
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi
-
İqtisadiyyat.az-ın 8 yaşı tamam olur
-
Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
-
On doqquz artıq mandat: İsrail özünü hesab tələsinə necə saldı
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..." - (Video)
-
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
-
Evinizdə belə əsginas varsa, diqqətli olun - Qiyməti 1 000 manatı keçir - (Foto)
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
İsveçdə Quranı yandıran belə cəzalandırıldı
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
"Qalatasaray" böyük hesabla qələbə qazandı





