İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-nin Tennessi ştatında iki doza ölümcül iynə vurulmasına baxmayaraq sağ qalan 50 yaşlı edam məhkumu Krista Payk yaşadığı qorxunc təcrübə haqda ilk dəfə danışıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəxanada uzunmüddətli müalicədən sonra həbsxanaya qaytarılan Payk hər gün şiddətli fiziki və mənəvi ağrılar çəkdiyini bildirib.
30 sentyabrda həyata keçirilən edam prosesi zamanı həkim heyəti zəhərli maddəni yeritmək üçün qadının venasını tapmaqda ciddi çətinlik çəkib və 10-a yaxın cəhd edib. Vurulan iki doza "pentobarbital" maddəsinə baxmayaraq ölməyən Payk koma vəziyyətində xəstəxanaya çatdırılıb və süni tənəffüs aparatına qoşulub. Oktyabrın ortalarında özünə gələrək həbsxanaya qaytarılan məkum vəkilləri vasitəsilə baş verənləri təsvir edib.
"Edam otağına ölməyə və taleyimlə barışmağa hazır halda girdim. Bir neçə gün sonra xəstəxanada tək, çaşqın və şiddətli ağrılar içində gözümü açdım. O gecədən bəri ağrımayan bir anım da yoxdur. Bədənim, boğazım və əllərim sızıldayır, danışmaqda çətinlik çəkirəm. Ruhum və zehnim də dəhşətli əzab çəkir", - o bildirib.
Qeyd edək ki, məhkumun vəkilləri edam cəhdindən sonra Paykda ağciyər iltihabı və qan laxtalanması kimi ağır fəsadların yarandığını bildirərək cəzanın ömürlük həbslə əvəz olunmasını tələb edirlər. Hadisə ilə bağlı müstəqil təhqiqat başladılıb, Tennessi qubernatoru Bill Li isə ştatdakı bütün edam proseslərini müvəqqəti olaraq dondurub.
Xatırladaq ki, Krista Payk 1995-ci ildə 19 yaşlı Kollin Slemmerə işgəncə verərək öldürməkdə günahlandırılaraq edam cəzasına məhkum edilmişdi.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
-
On doqquz artıq mandat: İsrail özünü hesab tələsinə necə saldı
-
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
-
İsveçdə Quranı yandıran belə cəzalandırıldı
XƏBƏR LENTİ
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Bu ərazimizə qar yağdı
-
Azərbaycanlı alim vəfat etdi
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi
-
İqtisadiyyat.az-ın 8 yaşı tamam olur
-
Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
-
On doqquz artıq mandat: İsrail özünü hesab tələsinə necə saldı
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..." - (Video)
-
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
-
Evinizdə belə əsginas varsa, diqqətli olun - Qiyməti 1 000 manatı keçir - (Foto)
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
İsveçdə Quranı yandıran belə cəzalandırıldı
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
"Qalatasaray" böyük hesabla qələbə qazandı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)
-
Qaralmış gümüşü ovmadan təmizləyən üsul
-
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın





