Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyə hazırda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi vəzifəsini icra edən, sabiq xarici işlər naziri və diplomat Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə namizədliyini rəsmi olaraq təqdim edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyənin BMT-dəki daimi nümayəndəsi, səfir Ahmet Yıldız "Anadolu" agentliyinə bildiriş məktubunun artıq BMT Baş Assambleyasının Sədrliyinə təqdim edildiyini açıqlayıb.
"Prezidentimiz Rəcəb Tayyip Ərdoğan səfir Sinirlioğlunun lazımi keyfiyyətlərini, təcrübəsini və ona olan etimadı nəzərə alaraq, onu BMT-nin Baş katibi vəzifəsinə namizəd göstərməyi məqsədəuyğun hesab edib", - o deyib.
Ahmet Yıldız bildirib ki, BMT-nin Baş katibi seçkilərində hələlik konsensus əldə olunmuş vahid namizəd ortaya çıxmadığı üçün Türkiyə bu prosesi asanlaşdırmaq məqsədilə öz namizədini irəli sürüb. O, həmçinin bu post üçün Latın Amerikası və Karib dənizi regionundan olan diplomatların irəli sürülməsi ənənəsinə hörmətlə yanaşdıqlarını və bu səbəbdən indiyədək gözlədiklərini vurğulayıb.
Qeyd edək ki, Feridun Sinirlioğlu 2015-ci ildə Türkiyənin xarici işlər naziri, 2016-2023-cü illərdə isə ölkənin BMT-dəki daimi nümayəndəsi vəzifələrində çalışıb. O, hazırda ATƏT-in Baş katibi kimi beynəlxalq diplomatik missiyasını davam etdirir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
-
On doqquz artıq mandat: İsrail özünü hesab tələsinə necə saldı
-
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
-
İsveçdə Quranı yandıran belə cəzalandırıldı
XƏBƏR LENTİ
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Bu ərazimizə qar yağdı
-
Azərbaycanlı alim vəfat etdi
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi
-
İqtisadiyyat.az-ın 8 yaşı tamam olur
-
Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
-
On doqquz artıq mandat: İsrail özünü hesab tələsinə necə saldı
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..." - (Video)
-
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
-
Evinizdə belə əsginas varsa, diqqətli olun - Qiyməti 1 000 manatı keçir - (Foto)
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
İsveçdə Quranı yandıran belə cəzalandırıldı
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
"Qalatasaray" böyük hesabla qələbə qazandı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)





