Kriminal

Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq

31 Oktyabr 2026 11:42
Baxış: 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Zaqatalada gübrə satışı ilə məşğul olan böyük firmalardan birinin anbardarı həbs edilib.

Milli.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Əmrah Ramazan Valeh oğlu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.

Anbardar yalan vəd verməklə 1 milyon manata yaxın dələduzluqda ittiham olunur. Əmrahın aldatdığı şəxslərdən biri "Muxax Aqro" MMC-nin direktoru Vidadi Yusubovdur.

İttihama görə, anbardar ondan aldığı tütün məmulatlarını 64 min manata satıb, pulunu öz mənafeyinə xərcləyib.

Cinayət işi üzrə "Sara Group" QSC də zərərçəkmiş qismində tanınıb.

Araşdırma nəticəsində Əmrah Ramazan Valehə sanksiyasında 14 ilə kimi həbs cəzası nəzərdə tutulan xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə ittiham verilib. Cinayətin ağırlığı da nəzərə alınaraq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, hazırda həbs edilən şəxs barəsində 3 il əvvəl də şikayətlər var idi. Onun atası Valeh Qazilov Zaqatala Rayon İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi işləyib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.