Bakıda supermarket müdirinin 100 minlik fırıldağı - Çipsilərə görə həbs edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda iri supermarket şəbəkələrindən birinin keçmiş filial müdiri həbs edilib.
Milli.Az xəbər verir ki, "qafqazinfo"nun əldə etdiyi məlumata görə, Biləcəridə yerləşən filialın müdiri M.Hüseynov satıcı-anbardarla birgə külli miqdarda dəyəri olan malları qeyri-qanuni yolla mənimsəməkdə təqsirli bilinib.
M.Hüseynov və supermarketin digər əməkdaşı E.İbrahimov barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə) maddəsi ilə açılmış işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə bildirilib ki, hər iki şəxs əlbir olaraq Biləcəri qəsəbəsində yerləşən marketin anbarından 103 467 manat dəyərində malı kassaya vurmadan qeyri-qanuni formada çıxararaq gizli şəkildə başqa sahibkarlara satıblar. Mənimsəmə yolu ilə ələ keçirilən mallardan 11 400 manatlıq hissəsi "Lays" çipsiləri olub.
Məhkəmə iclasında zərərçəkmiş şirkətin nümayəndəsi bildirib ki, cinayət nəticəsində dəymiş zərərin 24 000 manat hissəsinin təqsirləndirilən şəxs E.İbrahimov tərəfindən ödənilməsi ilə bağlı razılıq əldə olunub. O, zərərdən 79 467,44 manat hissənin hələ də ödənilməmiş qaldığını qeyd edərək ödənilmiş dövlət rüsumu da nəzərə alınmaqla, 79796,44 manat məbləğində pulun M.Hüseynovdan tutularaq MMC-yə ödənilməsini xahiş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Hüseynova 6 il həbs cəzası verilib. O, məhkəmə zalındaca qandallanıb. E.İbrahimova isə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Lakin dəymiş zərəri ödəməsi və digər hallar nəzərə alınaraq onun cəzası 3 il sınaq müddəti qoyulmaqla şərti hesab edilib.
Məhkəmə M.Hüseynova qarşı mülki iddianı da təmin edib və 80 min manata yaxın vəsaitin ondan tutulmasına qərar verib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Bakıda supermarket müdirinin 100 minlik fırıldağı - Çipsilərə görə həbs edildi
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: Məhkəmə başladı
XƏBƏR LENTİ
-
Milli və mənəvi dəyərlərin vəhdəti: Azərbaycançılıq ideologiyası
-
Qurban Qurbanov “Fənərbağça”ya gedə bilər?
-
Bakıda supermarket müdirinin 100 minlik fırıldağı - Çipsilərə görə həbs edildi
-
Məşhur xanəndə anasının xəstəliyindən danışıb ağladı: "Yeriyə bilmir" (Video)
-
AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən edib
-
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür edib
-
Maaşlar nə qədər artacaq?
-
Sibel Canın lüks avtomobilinə həbs qoyuldu
-
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün yeni imkan
-
Jurnalistləri döyən şəxsləri hansı cəza gözləyir?
-
Oğlunun Salahla meydana çıxması üçün 100 milyon ödədiyi deyilən iş adamı təhdid olundu
-
Xocalıda icazəsiz at sürənlər cərimələndi
-
"Qalatasaray"ın futbolçusu nəhənglərin transfer siyahısında
-
Xalq artisti: “Məktəb vaxtı 2-3 oğlanı sevirdim, adam yerinə qoyub üzümə baxmırdılar” - (Video)
-
Azərbaycan millisi Mozambikə qalib gəldi
-
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama
-
Qız övladı dünyaya gətirən xanımına 400 min dollarlıq maşın hədiyyə etdi - (Video)
-
Bahar Lətifqızı: "Oturduğum yerdə 18 min ziyana düşdüm"
-
Sərnişinlər qatarlarda ən çox bunları unudurlar - Siyahı
-
Dünya çempionatında 3 güləşçimiz məğlub oldu
-
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər
-
Kartdan-karta köçürmələrə niyə limit qoyuldu? - Sədrdən açıqlama
-
İntensiv yağış yağacaq - Proqnoz verildi
-
Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur





