Xocalıda icazəsiz at sürənlər cərimələndi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xocalıda kəndlinin atlarını icazəsiz sürənlər saxlanılıb.
Milli.Az-a Lent.az-a istinadən xəbər verir ki, hadisə Daşbulaq kəndində qeydə alınıb.
Kəlbəcər sakini olan 41, 46 və 51 yaşlı şəxslər sərxoş halda örüş yerində atların otladığını görüblər. Onlar hərəsi bir atara minərək kənddə gəzməyə çıxıblar. Bu zaman heyvanların sahibi onları görərək, niyə icazəsiz atlarını mindiklərini soruşub. Daha sonra tərəflər arasında mübahisə başlayıb. Heyvanların sahibi atlarının oğurlanması ilə bağlı polisə şikayət edib.
Polis əməkdaşları hadisə yerinə gələndə də həmin üç şəxs sərxoş halda nalayiq ifadələr işlədərək, ictimai asayişi pozmaqda davam ediblər. Buna görə də onlar saxlanılıb və barələrində müvafiq protokollar tərtib olunub.
Onların hər biri əməlindən peşman olduğunu deyərək, barələrində yüngül cəza verilməsini istəyiblər.
Məhkəmə icazəsiz at sürən şəxslərin hər birini 150 manat məbləğində inzibati qaydada cərimələyib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
XƏBƏR LENTİ
-
Maaşlar nə qədər artacaq?
-
Sibel Canın lüks avtomobilinə həbs qoyuldu
-
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün yeni imkan
-
Jurnalistləri döyən şəxsləri hansı cəza gözləyir?
-
Oğlunun Salahla meydana çıxması üçün 100 milyon ödədiyi deyilən iş adamı təhdid olundu
-
Xocalıda icazəsiz at sürənlər cərimələndi
-
"Qalatasaray"ın futbolçusu nəhənglərin transfer siyahısında
-
Xalq artisti: “Məktəb vaxtı 2-3 oğlanı sevirdim, adam yerinə qoyub üzümə baxmırdılar” - (Video)
-
Azərbaycan millisi Mozambikə qalib gəldi
-
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama
-
Qız övladı dünyaya gətirən xanımına 400 min dollarlıq maşın hədiyyə etdi - (Video)
-
Bahar Lətifqızı: "Oturduğum yerdə 18 min ziyana düşdüm"
-
Sərnişinlər qatarlarda ən çox bunları unudurlar - Siyahı
-
Dünya çempionatında 3 güləşçimiz məğlub oldu
-
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər
-
Kartdan-karta köçürmələrə niyə limit qoyuldu? - Sədrdən açıqlama
-
İntensiv yağış yağacaq - Proqnoz verildi
-
Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur
-
Əli Əsədov Gürcüstana gedir
-
225 saylı məktəbdə jurnalistlərə hücum edən şəxslə bağlı yeni faktlar
-
Paşinyan onu işdən azad etdi
-
İranda zəlzələ oldu
-
Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur
-
Azərbaycan XİN Türkiyəni təbrik etdi





