Kartdan-karta köçürmələrə niyə limit qoyuldu? - Sədrdən açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu ilin doqquz ayında Azərbaycanda kartdan-karta ("card-to-card") köçürmələrin həcmi 48 milyard manat təşkil edib. Ötən il isə bu əməliyyatların ümumi həcmi 66 milyard manat olub".
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov pul siyasəti qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əməliyyatların böyük həcmi və bu köçürmələrdən qanunsuz məqsədlərlə istifadə riskləri nəzərə alınaraq banklar "card-to-card" əməliyyatlarına limitlər tətbiq ediblər.
AMB sədri qeyd edib ki, aylıq 20 min manatlıq və gündəlik beş mədaxil üzrə limitlərlə bağlı əlavə ehtiyacı olan müştərilər banka müraciət edərək əməliyyatlarının mahiyyətini izah edə bilərlər. Əsaslandırılmış müraciət əsasında limitlər artırıla bilər. Eyni yanaşma bir kart məhsulu üzrə əlavə kartın əldə edilməsinə də aiddir.
Taleh Kazımov bildirib ki, bu tələblərin məqsədi qanuni əməliyyatlara mane olmaq deyil, vergidən yayınma və digər qanunsuz fəaliyyət risklərinin qarşısını almaqdır. Onun sözlərinə görə, bəzi şəxslərin yaşlı insanların və pensiyaçıların adına ödəniş müqabilində kartlar açdıraraq onlardan qanunsuz fəaliyyətlərdə istifadə etməsi halları müşahidə olunur. Bir şəxsin eyni kart məhsulu üzrə bir neçə kart əldə edərək əməliyyat dövriyyəsini onların arasında bölüşdürməsi hallarına da rast gəlinir.
AMB sədri limitlərin tətbiqindən sonra əməliyyatların bank sistemindən nağd dövriyyəyə keçməsi barədə narahatlıqlara da münasibət bildirib. O, müşahidələrin belə bir keçidi təsdiqləmədiyini, sentyabrda nağdlaşmanın həcminin avqustla müqayisədə azaldığını qeyd edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Kartdan-karta köçürmələrə niyə limit qoyuldu? - Sədrdən açıqlama
-
İntensiv yağış yağacaq - Proqnoz verildi
-
Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur
-
Əli Əsədov Gürcüstana gedir
-
Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi ADMİU-da - (Video/Foto)
XƏBƏR LENTİ
-
Kartdan-karta köçürmələrə niyə limit qoyuldu? - Sədrdən açıqlama
-
İntensiv yağış yağacaq - Proqnoz verildi
-
Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur
-
Əli Əsədov Gürcüstana gedir
-
225 saylı məktəbdə jurnalistlərə hücum edən şəxslə bağlı yeni faktlar
-
Paşinyan onu işdən azad etdi
-
İranda zəlzələ oldu
-
Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur
-
Azərbaycan XİN Türkiyəni təbrik etdi
-
Azərbaycanda həbsxanalarda 21 uşaq doğulub
-
Sergen Yalçınla türk futbolçular arasında gərginlik - O sözlərinə görə...
-
Ermənistan parlamentində deputatlar arasında yenə dava düşdü - (Video)
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi ADMİU-da - (Video/Foto)
-
Azərbaycanda terror işi üzrə hökm: 8 nəfərə 13 ilədək həbs verildi
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb
-
Noyabrın 1-dən bu avtobuslar dəyişir - Gedişhaqqı...
-
Niderlandda ümumölkə karantini tətbiq olundu
-
Masallıda ağır qəza: Ölən var
-
“Aşk-ı Memnu”nun aktyoru peşəsini dəyişdi (Foto)
-
Anası yenidən ailə qurdu, 14 yaşlı qızın həyatı dəyişdi
-
Şəmkirdə usta evdə təmir zamanı öldü
-
Qızıl almaq istəyənlərə vacib xəbər
-
Mourinyo qızının bu fotolarını silməsini tələb etdi - Müzakirə yaradan görüntülər... - (Fotolar)
-
Ermənistan prezidentinin səhhəti pisləşdi





