Hadisə

Masallıda ağır qəza: Ölən var

29 Oktyabr 2026 11:11
Baxış: 176
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Masallıda minik avtomobili yük maşını ilə toqquşub, bir nəfər ölüb.

Milli.Az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Musaküçə kəndi ərazisində baş verib.

Sakit İsmayılovun idarə etdiyi "Subaru" markalı avtomobil Məzahir Əkbərovun idarə etdiyi "Zil" markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində "Subaru"nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə sərnişin olan 1966-cı il təvəllüdlü Taleh Həsənov isə hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.