İdman

"Qalatasaray"ın futbolçusu nəhənglərin transfer siyahısında

29 Oktyabr 2026 14:25
Baxış: 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qalatasaray"ın heyətində çıxış edən rusiyalı futbolçu Aleksey Batrakov Avropanın bir sıra tanınmış klublarının diqqətini cəlb edib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin transferi ilə İngiltərə təmsilçiləri ilə yanaşı, Fransa klublarının da maraqlandığı bildirilir.

Məlumata görə, Batrakovla maraqlanan komandalar arasında "Liverpul", "Arsenal", "Mançester Siti", "Çelsi", "Mançester Yunayted", "Nyukasl Yunayted", "Tottenhem", "Brayton", PSJ və "Monako" yer alır.

İddialara əsasən, futbolçunun transferi istiqamətində ilk konkret addımı "Liverpul" atıb. İngiltərə klubunun UEFA Çempionlar Liqasında keçirilən "Qalatasaray" - "Ştutqart" qarşılaşmasını stadiondan izləmək üçün rəhbərlikdən loja tələb etdiyi qeyd olunur.

Xatırladaq ki, Batrakov mövsümün əvvəlində Moskva "Lokomotiv"indən 25 milyon avroya "Qalatasaray"a transfer olunub. Onun müqaviləsində 55 milyon avro məbləğində sərbəstqalma bəndi var.

Bundan əlavə, İstanbul klubu rusiyalı futbolçunun gələcək satışından əldə edəcəyi mənfəətin 15 faizini əvvəlki klubu "Lokomotiv"ə ödəməlidir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.