İdman

Azərbaycan millisi Mozambikə qalib gəldi

29 Oktyabr 2026 14:08
Baxış: 114
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanın U-15 futbol millisi Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

Milli.Az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda mundialda 8-ci oyununa çıxıb. C səviyyəsində 81-88-ci yerlər uğrunda mübarizə aparan yığmamız Mozambik seçməsini 4:1 hesabı ilə məğlub edib.

Millimizin heyətində Həsən Məhəmmədov, Qafar Babayev və Yusif Əlizadə fərqləniblər. Daha bir qol isə Mozambik millisinin futbolçusunun öz qapısına vurduğu top nəticəsində qeydə alınıb.

Azərbaycan millisinin növbəti rəqibi Vyetnam olacaq. Komandalar 81-84-cü yerlər uğrunda yarımfinal görüşündə üz-üzə gələcəklər. Beləliklə, yığmamız dünya çempionatını ən azı 84-cü yerdə başa vuracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.