Kriminal

Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: Məhkəmə başladı

27 Oktyabr 2026 13:26
Baxış: 147
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində "Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Röyal Masiyevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iş üzrə zərərçəkən qismində tanınan Könül Həmzəyevaya verilən suallarla davam edib. Həmzəyeva puları təqsirləndirilən Röyal Masiyeva borc kimi vermədiyini bildirib:

"Röyal mənim ona olan inamımdan, etibarımdan sui-istifadə edib. Ona inandığım üçün verdiyim məbləğlərlə bağlı qəbz almamışam. Hər dəfə deyirdi ki "Narahat olma, mən kişi oğluyam. Məndə heç kimin pulu batmaz". Yalanları açılıb pulumu tələb edəndən sonra məni şantaj etməyə başladı. Məni jurnalistlərlə hədələyərək deyirdi ki, "Səninlə mən yox, on nəfər vəkilim danışacaq". Qiyməti 14 min 800 dollar olan saatı götürmüşdü. Dedi ödəyəcəm, amma ödəmədi, saat qaldı üstümdə. Sonra bu saatı satıb həyat yoldaşına maşın, bahalı çanta filan almışdı. Problemlərimiz mənə qaytarmağı söz verdiyi pulları verməyəndə başlayıb".

Növbəti proses 17 noyabr saat 09:00-a təyin olunub.

Xatırladaq ki, "Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva Masiyev Röyal Ələddin oğluna salonunun təmiri üçün pul verdiyini, amma sonra sözügedən şəxsin ona qarşı dələduzluq etdiyini bildirir. Zərərçəkmiş iddia edir ki, qarşı tərəf ona 300 min 706  manat ödəməli olduğu halda bundan yayınır. K. Həmzəyeva R. Masiyev barəsində Nərimanov Rayon Polis İdarəsinə şikayət edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmə) maddəsi cinayət işi başlanılıb. Röyal Masiyev Nərimanov rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.