İdman

“Qızıl top” mərasiminə şəxsi təyyarə ilə gəlib - Alacağına əmin idi

27 Oktyabr 2026 16:06
Baxış: 451
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Barselona"nın gənc ulduzu Lamin Yamal nüfuzlu mükafatın təqdimetmə mərasiminə hazırlığı ilə diqqət çəkib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, futbolçunun tədbirə yaxınları ilə birlikdə qatılmaq üçün şəxsi təyyarə sifariş etdiyi bildirilir.

Məlumata əsasən, 19 yaşlı hücumçu səsvermədə qalib gələcəyi təqdirdə Parisdə xüsusi ziyafət təşkil etməyi də nəzərdə tutub. Beləliklə, Yamal mümkün uğurunu yaxın çevrəsi ilə birlikdə qeyd etməyə hazırlaşıb. Lamin Yamal mükafat uğrunda mübarizənin əsas namizədlərindən biri hesab olunurdu.

Qeyd edək ki, 2026-cı ilin "Qızıl top" mükafatının qalibi Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyn olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.