İdman

“Qızıl top”un sahibi bəlli oldu

27 Oktyabr 2026 09:25
Baxış: 481
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İngiltərə millisinin və Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyn 2025/2026 mövsümünün ən yaxşı futbolçusu adına layiq görülüb.

Milli.Az xəbər verir ki, futbolçuya "Qızıl top" mükafatı Londonda təşkil olunan mərasimdə təqdim edilib.

Harri Keyn ötən mövsüm "Bavariya"nın formasında meydana çıxdığı 51 qarşılaşmada 61 dəfə rəqib qapılarına yol tapıb. Hücumçu eyni zamanda komanda yoldaşlarının 7 qoluna məhsuldar ötürmə ilə töhfə verib.

Keyn "Bavariya" ilə Bundesliqanın qalibi olmaqla yanaşı, çempionatın ən sərrast futbolçusu adını da qazanıb. O, Avropada mövsüm ərzində ən çox qol vuran oyunçu kimi "Qızıl buts" mükafatına da sahib çıxıb.

İngiltərə millisində də fərqlənən hücumçu Dünya Kubokunda keçirdiyi 7 matçda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.