Müəllimlərin maaşı niyə gecikir? - Agentlikdən açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrdə peşə təhsili sistemində bir sıra problemlərin olduğu ilə bağlı iddialar yayılıb. Xüsusilə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu üzrə imtahan və müsahibələrin qeyri-şəffaf keçirildiyi, namizədlərin seçim prosesindən narazı qaldığı iddia olunur.
Milli.Az xəbər verir ki, işə qəbul prosesindəki problemlər nəticəsində yüzlərlə vakant ştat boş qalıb. Bunun isə tələbələrin tədris prosesinə mənfi təsir göstərdiyi bildirilir. Hətta bəzi peşə təhsili müəssisələrində müəllim çatışmazlığı səbəbindən bir neçə qrupun eyni sinifdə birləşdirildiyi iddia olunur.
Narazılıq doğuran digər məsələ isə əməkhaqları və tələbə təqaüdlərinin gecikməsidir. Bildirilir ki, müəllimlər, istehsalat təlimi ustaları və texniki işçilər sentyabr ayı üzrə əməkhaqlarını vaxtında ala bilməyiblər.
Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, dövlət peşə təhsili müəssisələrində müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu və yerdəyişməsi müvafiq qaydalara uyğun həyata keçirilir.
Agentliyin açıqlamasında qeyd olunub ki, prosesin şəffaflığının və obyektivliyinin təmin edilməsi məqsədilə işə qəbul mərhələsi təsdiq edilmiş qaydalara uyğun təşkil edilir. Müəllim və istehsalat təlimi ustalarının işə qəbulu üzrə imtahan və müsahibələrin qeyri-şəffaf keçirilməsi ilə bağlı daxil olan müraciət və şikayətlər aidiyyəti üzrə araşdırılır, onlara qanunvericiliyin tələblərinə uyğun qaydada baxılır.
Konkret iddialar üzrə araşdırmaların aparılıb-aparılmaması və onların nəticələri barədə məlumatın müvafiq araşdırma materialları və rəsmi məlumatlar əsasında təqdim edilə biləcəyi bildirilib.
Agentlikdən həmçinin qeyd olunub ki, müəllim vakansiyalarının əksəriyyəti tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə həmin müəssisələrdə çalışan, təhsili və ya əmək stajı müvafiq vakansiyanın tələblərinə uyğun olan müəllim və istehsalat təlimi ustalarına həvalə edilməklə təmin olunur.
Vurğulanıb ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, hər yeni tədris ilinin əvvəlində yeni müəllim və usta heyəti, eləcə də şəbəkə məlumatları əsasında əməkhaqlarının müəyyənləşdirilməsi məqsədilə yeni tarifləşmə və dərs cədvəlləri hazırlanır.
Agentliyin məlumatına görə, bu il də müvafiq proses çərçivəsində az sayda peşə təhsili müəssisəsində yalnız yeni işə qəbul olunmuş müəllim və ustaların sentyabr ayının son 15 günü üçün hesablanmış əməkhaqlarının ödənilməsində müəyyən edilmiş qrafikdən kənarlaşma yaranıb. Bildirilib ki, həmin əməkdaşlara ödəniş məsələsinin oktyabrın 23-dək həll olunması nəzərdə tutulub.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? - Ekspert açıqladı
-
Müəllimlərin maaşı niyə gecikir? - Agentlikdən açıqlama
-
Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama
-
Uşaq kitabındakı ifadələr qalmaqal yaratdı - (Video)
-
Sumqayıtda yağışlı günlərdə təkrarlanan problem: Kanal niyə daşır?
-
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - (Foto)
-
Əhmədlidə restorandakı qətldə ittiham olunan 2 nəfər həbs olunub - Yenilənib
-
Elvin Nəbizadə “Məsuliyyət radiusu” layihəsi haqqında danışıb - Fly to Baku. Art Weekend. Sense the Future NOW - (Foto)
-
Şaron Eyal və Romeo Kastelluçi, Lev Dodin və Əkrəm Xan, Piter Frankopan və Mənal Əl-Dovayan: Bakı Beynəlxalq İncəsənət Festivalı paralel proqramını elan edir - (Foto)
-
Cazın sehri və romantikanın səsi - “Frank Sinatra” gecəsi - (Foto)
-
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədovdan QƏRAR
-
Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? - Ekspert açıqladı
-
Müəllimlərin maaşı niyə gecikir? - Agentlikdən açıqlama
-
Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama
-
Sabah bu rayonun mərkəzində qaz kəsiləcək
-
Keçmiş icra başçısı Teymur Yəhyayev dünyasını dəyişdi
-
Qumralın ailəvi görüntüləri diqqət çəkdi - (Video)
-
Uşaq kitabındakı ifadələr qalmaqal yaratdı - (Video)
-
Bakılı dünya çempionu 200 min avro borca girib
-
Kadir İnanırın vəfatından 1 həftə sonra tətilə yollanıb
-
Filarmoniyada Xalq artisti Rauf Abdullayevə həsr olunmuş konsert keçirildi - (Foto)
-
Təkəri partlayan yük maşını aşdı, qoyunlar tələf oldu - (Video)
-
Xuraman Əlizadə atasından danışıb ağladı: "Su da içə bilmir" - (Video)
-
Sumqayıtda yağışlı günlərdə təkrarlanan problem: Kanal niyə daşır?
-
“Survivor” iştirakçısı Gürcüstanda saxlanıldı
-
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib - (Foto)
-
Xırdalanda sakinlər soyuqdan əziyyət çəkir: Qaz nə vaxt veriləcək?
-
Bakıda 5 marşrutun hərəkət istiqaməti dəyişdirildi
-
Azərbaycan vətəndaşları Yaponiyaya vizasız səfər edə bilər





