Hadisə

Keçmiş icra başçısı Teymur Yəhyayev dünyasını dəyişdi

26 Oktyabr 2026 17:17
Baxış: 613
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tanınmış jurnalist, politoloq, ictimai-siyasi xadim və Masallı Rayon İcra Hakimiyyətinin iki dəfə başçısı olmuş Teymur Yəhyayev vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə Fakt.info-ya mərhumun yaxınları məlumat verib.

Qeyd olunub ki, T.Yəhyayev Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib.

Məlumata görə, açıq ürək əməliyyatı keçirən Teymur Yəhyayev komadan ayılmayıb.

Mərhumun nəşinin sabah doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsinə gətiriləcəyi bildirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.