Xırdalanda sakinlər soyuqdan əziyyət çəkir: Qaz nə vaxt veriləcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən səkkizmərtəbəli binanın sakinləri qaz problemindən əziyyət çəkirlər.
Milli.Az xəbər verir ki, sakinlərin iddiasına görə, onlar ötən il Yusif adlı şəxsə binanın qazlaşdırılması üçün ümumilikdə 31 min manat pul ödəyiblər. Lakin bir ildən çox vaxt keçməsinə baxmayaraq, binaya hələ də qaz verilməyib.
"Qiyasov Yusif 2025-ci il oktyabrın 21-də "Hədəf Tikinti Quraşdırma" MMC-nin ofisində binanı qazla təmin edəcəyinə söz vermişdi. Həmin ofisdə ilkin olaraq 8 min manat pul ödədik və müqavilə bağladıq. Daha sonra hər bir sakindən 1200 manat toplayaraq vəsaitin böyük hissəsini Qiyasov Yusifə təqdim etdik. Lakin o, binanı qazla təmin etmədi. Hazırda mən də daxil olmaqla 44 sakin bu vəziyyətdən narazıdır. Ödədiyimiz pulun aqibətindən də xəbərimiz yoxdur", - sakinlərdən biri bildirib.
"Bir ildən çoxdur bizi get-gələ salıblar. Evdə soyuqdan donuruq. İşıq puluna 120-150 manat ödəyirik, amma evimiz yenə də qızmır", - digər şikayətçi deyib.
Məsələ ilə bağlı Hədəf tikinti quraşdırma şirkətinin direktoru Yusif Qiyasov bildirib ki, 26700 manat pul verilib:
"Müqavilə də var. Azəriqaza da müraciət olunub. Bu binanın sənədləri yoxdur amma biz düzəltmişik. Noyabrda qaz çəkiləcək. Ehtiyac olduğu təqdirdə pullarını geri qaytara bilərik".
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Uşaq kitabındakı ifadələr qalmaqal yaratdı - (Video)
-
Sumqayıtda yağışlı günlərdə təkrarlanan problem: Kanal niyə daşır?
-
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib - (Foto)
-
Xırdalanda sakinlər soyuqdan əziyyət çəkir: Qaz nə vaxt veriləcək?
-
Bakıda 5 marşrutun hərəkət istiqaməti dəyişdirildi
-
Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
XƏBƏR LENTİ
-
Uşaq kitabındakı ifadələr qalmaqal yaratdı - (Video)
-
Bakılı dünya çempionu 200 min avro borca girib
-
Kadir İnanırın vəfatından 1 həftə sonra tətilə yollanıb
-
Filarmoniyada Xalq artisti Rauf Abdullayevə həsr olunmuş konsert keçirildi - (Foto)
-
Təkəri partlayan yük maşını aşdı, qoyunlar tələf oldu - (Video)
-
Xuraman Əlizadə atasından danışıb ağladı: "Su da içə bilmir" - (Video)
-
Sumqayıtda yağışlı günlərdə təkrarlanan problem: Kanal niyə daşır?
-
“Survivor” iştirakçısı Gürcüstanda saxlanıldı
-
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib - (Foto)
-
Xırdalanda sakinlər soyuqdan əziyyət çəkir: Qaz nə vaxt veriləcək?
-
Bakıda 5 marşrutun hərəkət istiqaməti dəyişdirildi
-
Azərbaycan vətəndaşları Yaponiyaya vizasız səfər edə bilər
-
Dəfn mərasimində çalıb-oynadılar – Səbəbi təəccübləndirir - (Video)
-
Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
-
Postmünaqişə dövründə etimad və barışığın bərpası ən çətin məsələlərdəndir - Hikmət Hacıyev
-
Qərb mediasının “mələk” olması barədə uydurma təsəvvür yaradılmışdı - Hikmət Hacıyev
-
Tanınmış stilist "İntuş" vəfat etdi
-
Sülh sazişi imzalana, yaxud sadəcə kağız üzərində qala bilər
-
Ev almaq istəyənlər üçün yeni imkan
-
Gənclər arasında yeni trend yayıldı: Çəkiclə üzlərinə vururlar - (Video)
-
Məktəbdə TikTok-da canlı yayım açan müəllim işdən çıxarıldı
-
Yasamalda məşhur restoran bağlandı
-
“AzParking” tətbiqində yeniliklər: Sürücüləri hansı dəyişikliklər gözləyir?
-
Qarabağ suvarma kanalının yenidən qurulması üzrə İşçi qrupunun növbəti iclası keçirilib - (Foto)





