Şou-biznes

Rafet El Romandan azərbaycanlı nişanlısı ilə bağlı diqqətçəkən açıqlama

26 Oktyabr 2026 14:33
Baxış: 655
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyəli müğənni Rafet El Romanın azərbaycanlı Rəhimə Hacıyeva ilə quracağı ailə və əmlak məsələləri barədə dedikləri maraq doğurub.

Milli.Az xəbər verir ki, sənətçi gələcək nikahında evlilik müqaviləsi imzalamağı planlaşdırmadığını açıqlayıb.

İfaçı bildirib ki, Rəhimə ilə yolları Azərbaycanda kəsişib. Cütlük hazırda nişanlıdır və hələ rəsmi nikaha daxil olmayıb. Müğənni münasibətinə dair danışarkən maddi məsələləri problem hesab etmədiyini vurğulayıb.

Rafet El Romanın sözlərinə görə, övladlarının hər birinin gələcəyini əvvəlcədən təmin edib. O, həmçinin keçmiş həyat yoldaşlarının da yeni münasibətindən xəbərdar olduğunu və buna qarşı çıxmadıqlarını söyləyib.

"Azərbaycanlıdır, oranın şahzadəsidir. Evlilik müqaviləsi düşünmürəm. Mirasımı övladlarım arasında bölmüşəm. İndidən hər biri milyonçudur. Qalanı da məndən sonra onun olacaq", - deyə müğənni qeyd edib.

Xatırladaq ki, Rafet El Roman indiyədək iki dəfə evli olub və üç övlad atasıdır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.