Türkiyə

Türkiyədə fond böhranı: AKP-nin nüfuzlu simaları ilə bağlı iddialar

26 Oktyabr 2026 14:25
Baxış: 379
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyədə fond bazarında yaşanan böhranla yanaşı bəzi nüfuzlu şəxslərin böhrandan əvvəl maliyyə əməliyyatları həyata keçirməsi ilə bağlı iddialar səslənib.

Milli.Az xəbər verir ki, bəzi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təmsilçilərinin böhran başlamazdan əvvəl daxili məlumat əldə edərək vəsaitlərini fondlardan çıxardıqlar iddia edilir. Bildirilir ki, dövlət zərər çəkmiş kiçik investorları dəstəkləmək məqsədilə 1 milyon lirəyədək aralıq ödənişlər edib.

İddiaların fonunda Türkiyənin Xəzinə və maliyyə nazirinin müavini Osman Çelik istefa verib. Onun kürəkəni İskender Balcı 2 oktyabr 2026-cı ildə həbs olunub. Balcının İdarə Heyətinin üzvü olduğu "Özata Denizcilik" şirkəti və AKP sədrinin müavini Fatma Betül Sayan Kaya ilə bağlı da şübhəli maliyyə əməliyyatları iddiaları səsləndirilib.

İddialara görə, böhrandan cəmi bir neçə gün əvvəl 1 milyard lirədən çox vəsait əldə etməklə səhmlərin satışı həyata keçirilib.

Fond böhranının idarə edilməsində dövlət nəzarətinin zəifliyi və iri investorların kiçik investorlarla müqayisədə daha əlverişli şəraitdə qorunması barədə müzakirələr genişlənib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.