“AzParking” tətbiqində yeniliklər: Sürücüləri hansı dəyişikliklər gözləyir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sürücülərin rahatlığını təmin etmək və parklanma prosesini daha da asanlaşdırmaq məqsədilə "AzParking" mobil tətbiqinə bir sıra yeniliklər əlavə olunub.
Bu barədə Milli.Az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata əsasən, dəyişikliklər istifadəçilərdən daxil olan müraciət, təklif və gündəlik istifadə təcrübəsinin təhlili əsasında hazırlanıb və parklanma prosesini daha rahat və operativ həyata keçirmək məqsədi daşıyır.
Yeni versiyada təqdim olunan əsas dəyişikliklərə isə bunlar daxildir: məntəqənin düzgünlüyünün təsdiqi - fərqli qiymət indeksli məntəqələrin yaxın yerləşdiyi kəsişmələrdə səhv seçimi azaltmaq üçün sessiyaya başlamazdan əvvəl məntəqənin təsdiqlənməsi; internet bağlantısı xəbərdarlığı - bağlantı kəsildikdə, istifadəçiyə dərhal məlumatın verilməsi və yenidən yoxlama imkanının yaradılması; xidməti parklanma xəbərdarlığı - istifadəçiyə yaxınlıqda xidməti avtomobillər üçün yerlərin olması barədə bildirişin göndərilməsi. Bu da sürücüyə düzgün yerdə park etmək imkanı yaradır; canlı fəaliyyətlər - tətbiqi açmadan aktiv parklanma sessiyasının birbaşa telefonun kilid ekranından izlənilməsi; xəritə görünüşü seçimi - məntəqəni daha rahat tapmaq üçün standart xəritənin və ya peyk görünüşününün seçilməsi.
Bildirilib ki, həyata keçirilən yenilənmə və təkmilləşdirmə sürücülərə parklanma əməliyyatlarını daha sürətli, rahat və minimum addımla həyata keçirməyə imkan verir.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Bakıda 5 marşrutun hərəkət istiqaməti dəyişdirildi
-
Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
-
Sülh sazişi imzalana, yaxud sadəcə kağız üzərində qala bilər
-
Bakıda ev almaq istəyənlər üçün yeni imkan
-
“AzParking” tətbiqində yeniliklər: Sürücüləri hansı dəyişikliklər gözləyir?
-
Qarabağ suvarma kanalının yenidən qurulması üzrə İşçi qrupunun növbəti iclası keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Bakıda 5 marşrutun hərəkət istiqaməti dəyişdirildi
-
Azərbaycan vətəndaşları Yaponiyaya vizasız səfər edə bilər
-
Dəfn mərasimində çalıb-oynadılar – Səbəbi təəccübləndirir - (Video)
-
Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
-
Postmünaqişə dövründə etimad və barışığın bərpası ən çətin məsələlərdəndir - Hikmət Hacıyev
-
Qərb mediasının “mələk” olması barədə uydurma təsəvvür yaradılmışdı - Hikmət Hacıyev
-
Tanınmış stilist "İntuş" vəfat etdi
-
Sülh sazişi imzalana, yaxud sadəcə kağız üzərində qala bilər
-
Bakıda ev almaq istəyənlər üçün yeni imkan
-
Gənclər arasında yeni trend yayıldı: Çəkiclə üzlərinə vururlar - (Video)
-
Məktəbdə TikTok-da canlı yayım açan müəllim işdən çıxarıldı
-
Yasamalda məşhur restoran bağlandı
-
“AzParking” tətbiqində yeniliklər: Sürücüləri hansı dəyişikliklər gözləyir?
-
Qarabağ suvarma kanalının yenidən qurulması üzrə İşçi qrupunun növbəti iclası keçirilib - (Foto)
-
Azərbaycan QHT-lərindən İran Prezidentinə - Açıq məktub
-
Müğənni Sevda: "12 ev dəyişmişəm"
-
Bakı səhnəsində “Turandot”un möhtəşəm premyerası: pərdəarxası - (Foto)
-
Flik "Real"a məğlubiyyətin səbəbini açıqladı
-
Ordubadda ayı sakinlərə hücum etdi - (Video)
-
Magistral yolda faciə: İki piyada həyatını itirdi - Anbaan video
-
Rafet El Romandan azərbaycanlı nişanlısı ilə bağlı diqqətçəkən açıqlama
-
Biz əyalət deyilik, yaxud İlbər Ortaylının boş qalan yeri…
-
Türkiyədə fond böhranı: AKP-nin nüfuzlu simaları ilə bağlı iddialar
-
Ermənistana keçən çoban Azərbaycana qaytarıldı





