Türkiyə

Türkiyədə sahibsiz heyvanlarla bağlı qərar icra edildi - 81 vilayətdə...

26 Oktyabr 2026 11:58
Baxış: 367
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin bütün 81 vilayətində sahibsiz heyvanların toplanması prosesi yekunlaşıb.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi məlumat verib.

Türkiyəli nazirin sözlərinə görə, proses 2026-cı il oktyabrın 21-də Diyarbəkirdə sonuncu sahibsiz heyvanın sığınacağa aparılması ilə tam başa çatıb.

Çiftçi bildirib ki, sahibsiz heyvanların toplanması işlərinə əvvəlcə böyükşəhər statusu olmayan 51 vilayətdə başlanılıb, avqust ayından etibarən isə proses digər 30 vilayətdə də həyata keçirilib.

Qeyd edək ki, 2024-cü ilin avqustunda qüvvəyə minən qanunvericilik dəyişikliklərinə əsasən, sahibsiz itlərin tutulduqdan sonra sterilizasiya edilərək əvvəlki ərazilərinə buraxılması təcrübəsi ləğv olunub. Yeni qaydalara görə, bələdiyyələr sahibsiz itləri toplayaraq sığınacaqlarda yerləşdirməlidirlər.

Eyni zamanda, heyvanlar üçün sığınacaqların və təbii yaşayış məkanlarının yaradılması, onların müalicəsi, sterilizasiyası və sahibləndirilməsi istiqamətində işlər aparılır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.