"Oktay Saral sabah istefa verəcək"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın sabah istefa verməsi gözlənilir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Günebakış" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Saralın bazar ertəsi günü istefasını açıqlayacağı gözlənilir.
Qeyd edək ki, Oktay Saral Türkiyədə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının aparıcı simalarından biridir.
Yeni Azərbaycan Partiyası (YAP) oktyabrın 13-də Saralın və hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin Azərbaycanın konstitusion quruluşunu və ölkəmizdə dini etiqad azadlığının hüquqi əsaslarını nəzərə almadan populist və məsuliyyətsiz açıqlamalarına münasibət bildirib.
YAP-dan qeyd edilib ki, son dövrlərdə Azərbaycana qarşı yönəlmiş informasiya kampaniyasının daha aqressiv, sistemli və açıq böhtan xarakteri alması, xüsusilə də Türkiyə Prezidentinin baş müşaviri statusunu daşıyan şəxsin, hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin belə bir kampaniyaya qoşulması məsələyə açıq münasibət bildirməyi zəruri edir və sözügedən açıqlamalar təəssüf doğurur.
Vurğulanıb ki, belə açıqlamalar Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin ruhuna ziddir və ictimai müstəvidə süni gərginlik yaratmağa xidmət edə bilər.
"Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, xüsusilə də yüksək dövlət vəzifələri daşıyan şəxslər açıqlamalarında siyasi məsuliyyət nümayiş etdirməli, Azərbaycan Respublikasının suverenliyinə, konstitusion quruluşuna və daxili işlərinə hörmətlə yanaşmalıdırlar.
Ümid edirik ki, Türkiyənin müvafiq siyasi dairələri bu cür məsuliyyətsiz açıqlamalardan düzgün nəticə çıxaracaq, Azərbaycan-Türkiyə münasibətlərinə zərər verə biləcək addımlardan çəkinəcəklər", - deyə əlavə edilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Oktay Saral sabah istefa verəcək"
-
Gəlin toyda bəyi xalta ilə gəzdirdi – (Video)
-
Xaricdə tək yaşayan türkiyəli kişinin göz yaşları hər kəsi kövrəltdi - (Video)
-
58 illik arvadına hər ad günündə çiçək əvəzinə görün nə hədiyyə edir - (Video)
-
"Qalatasaray" futbolçularına qələbəyə görə böyük mükafatı veriləcək
-
İsraildən Türkiyəyə güc nümayişi
XƏBƏR LENTİ
-
Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub
-
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
-
Donald Tramp: "Mənim əmim radarı ixtira edib"
-
Bakıda kafedəki qətldə təqsirləndirilənlər 4 aylıq həbs edildi - Yenilənib
-
Son 48 ildə ilk: İran ABŞ-dən təzminat aldı
-
"Oktay Saral sabah istefa verəcək"
-
Rusiyalı reper Mavaşi başından aldığı güllə yarasından öldü
-
Almaniya kəşfiyyatından yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsul
-
Tramp: "Mənə lazımi qiymət verilmir"
-
“Barselona” Diomandedən imtina edib
-
Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...
-
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
-
eputatın oğlu məhkəməyə belə gətirildi - (Video)
-
"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib
-
22 min insanı güllələdilər, Hitlerin üstünə atdılar – SSRİ-nin 1990-ci il NKVD etirafı
-
"İnci taneleri"nin aktyoru səssiz-sədasız evləndi - (Foto)
-
Bakıda ölümlə nəticələnən kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
-
Azərbaycanlı futbolçu İspaniyada oynayacaq
-
Xalidə Gözəl vəfat etdi
-
Rubio: Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır
-
“Sabah”ın futbolçusu “Borussiya”ya transfer olunur?
-
Nəfəs Seda Sayanla eyni libasda – Müzakirə yaradan paylaşım - (Video)
-
Heç kim ata və qız olmalarına inanmır - (Video)
-
8 km bazarının yanında məqalələri yapon dilinə çap olunan alim kolbasa satır - (Foto)





