Magistral yolda faciə: İki piyada həyatını itirdi - Anbaan video
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən həftəsonu Tovuz və Goranboy rayonları ərazisində qeydə alınan piyadavurma hadisələri hələ də yollarda təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşanların sayının az olmadığını göstərir.
Milli.Az xəbər verir ki, Tovuzun Əyyublu kənd sakini Ə.Məmmədov, saat 21:00 radələrində idarə etdiyi VAZ markalı avtomobillə Bakı-Qazax yolunun 423-cü kilometrində hərəkətdə olarkən yolu keçməyə çalışan həmkəndlisi A.Əsgərovu vurub.
Həmin yolun Goran qəsəbəsindən keçən 312-ci kilometrində, yənə də sutkanın qaranlıq vaxtı - saat 19:00 radələrində Y.Hüseynovun idarə etdiyi "Çanqan" markalı avtomobil Goranboy rayonunun Qarasüleymanlı kənd sakini E.Yusifovu vurub.
Hərəkət intensivliyi yüksək olan avtomagistralı qanunla nəzərdə tutulmayan yerdən keçməyə çalışan hər iki piyada aldıqları xəsarətlərdən həyatlarını itirib. Faktlarla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onlardan yolu piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçməyi, sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyi, nizamlama vasitələrinin tələblərinə qeyd-şərtsiz əməl etməyi, qəflətən avtomobil yoluna çıxmamağı xahiş edir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Postmünaqişə dövründə etimad və barışığın bərpası ən çətin məsələlərdəndir - Hikmət Hacıyev
-
Qərb mediasının “mələk” olması barədə uydurma təsəvvür yaradılmışdı - Hikmət Hacıyev
-
Tanınmış stilist "İntuş" vəfat etdi
-
Sülh sazişi imzalana, yaxud sadəcə kağız üzərində qala bilər
-
Bakıda ev almaq istəyənlər üçün yeni imkan
-
Gənclər arasında yeni trend yayıldı: Çəkiclə üzlərinə vururlar - (Video)
-
Məktəbdə TikTok-da canlı yayım açan müəllim işdən çıxarıldı
-
Yasamalda məşhur restoran bağlandı
-
“AzParking” tətbiqində yeniliklər: Sürücüləri hansı dəyişikliklər gözləyir?
-
Qarabağ suvarma kanalının yenidən qurulması üzrə İşçi qrupunun növbəti iclası keçirilib - (Foto)
-
Azərbaycan QHT-lərindən İran Prezidentinə - Açıq məktub
-
Müğənni Sevda: "12 ev dəyişmişəm"
-
Bakı səhnəsində “Turandot”un möhtəşəm premyerası: pərdəarxası - (Foto)
-
Flik "Real"a məğlubiyyətin səbəbini açıqladı
-
Ordubadda ayı sakinlərə hücum etdi - (Video)
-
Magistral yolda faciə: İki piyada həyatını itirdi - Anbaan video
-
Rafet El Romandan azərbaycanlı nişanlısı ilə bağlı diqqətçəkən açıqlama
-
Biz əyalət deyilik, yaxud İlbər Ortaylının boş qalan yeri…
-
Türkiyədə fond böhranı: AKP-nin nüfuzlu simaları ilə bağlı iddialar
-
Ermənistana keçən çoban Azərbaycana qaytarıldı
-
Rusiyalı qadın azərbaycanlı qızı kilsənin önündə şəkil çəkdirdiyi üçün qınadı - (Video)
-
Ermənistanın ekoloji riyakarlığı: COP17-də təbiətdən danışır, Amulsar isə suallar yaradır
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Kapitoli təpəsində Siyasi Büro





