Bakı səhnəsində “Turandot”un möhtəşəm premyerası: pərdəarxası - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
98 ildən sonra dünya opera repertuarının ən möhtəşəm əsərlərindən biri - Cakomo Puççininin "Turandot" operası yenidən Bakı səhnəsində səslənib. Premyera üç gün ərzində keçirilib və hər tamaşa uzun sürən ayaqüstü alqışlarla başa çatıb.Tamaşada Azərbaycanın aparıcı opera ifaçıları və bu layihə üçün xüsusi dəvət olunmuş tanınmış xarici sənətçilər iştirak ediblər.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yeni quruluşu Puççininin operasına orijinal yanaşma təqdim edərək dünya opera sənətinin ənənələrini tamaşanın yaradıcılarının fərdi baxışı ilə birləşdirir. Səhnə əsərinin yaranmasının arxasında dayanan insanlardan bəhs etmək üçün Trend Life oxucuları səhnəarxasına - pərdə tamaşaçılar üçün operanın sehrli dünyasını açmazdan xeyli əvvəl özünəməxsus, bir qədər çılğın premyera ritminin hökm sürdüyü məkana nəzər salmağa dəvət edir.
Kimsə səsini kökləyir, kimsə diqqətini toplamaq üçün sakit bir künc axtarır. Qrim otaqlarında vizajistlər və bərbərlər son hazırlıqları tamamlayır, kostyumçular isə tələsik geyimlərdəki son tikişləri vururlar. Zarafatlar, telefon zəngləri, danışıqlar, gözlənti və həyəcan - səhnəyə çıxmazdan əvvəlki son hazırlıqlar. Burada teatrın xor artistləri və balet truppasının üzvləri bir araya gəlirlər.Kimsə zərif bənövşəyi, krem və çəhrayı çiçəklərlə dolu böyük səbətlər daşıyır.
Bu bayram ab-havalı təlaşın özünəməxsus sehri var. Səhnəarxası xüsusi ritmlə yaşayır: həyəcan sevincə, son dəqiqələrin gərginliyi isə tamaşaçı ilə görüşün intizarına qarışır. Elə bil bu anların içində toplanan enerji və emosiyalar bütün tamaşa zalını doldurmağa kifayət edər.
Opera səhnəsində beş ünsür
Rejissor ideyası, opera üzərində işin xüsusiyyətləri və səhnə təcəssümündəki yeni məqamlar barədə Trend Life quruluşçu rejissor Mikayıl Mikayılovla söhbət edib.
Söhbət işlə bağlı suallar və telefon zəngləri ilə tez-tez yarımçıq qalırdı - teatrda premyeraqabağı həyat öz axarı ilə davam edirdi.Buna baxmayaraq, rejissor Karlo Qotsininin nağılını özünəməxsus şəkildə necə yozduğunu izah edə bildi.
Konsepsiyanın əsasını beş ünsür təşkil edir: ağac, od, torpaq, metal və su. Bu ünsürlər daosizmə və ənənəvi Çin fəlsəfəsinə istinad edir. Mikayılovun sözlərinə görə, "Əslində, bu nağılda bütün bunlar var".
Tamaşada balet mühüm rol oynayır. Rejissorun ideyasına əsasən, balet sadəcə bəzək elementi deyil, səhnə hərəkətinin tamhüquqlu tərkib hissəsidir. Rəqqasların plastikası, hərəkətlərin xarakteri və kostyumların ifadəliliyi fəlsəfi mənaların açılmasına, beş ünsür ideyasının hərəkət vasitəsilə təcəssümünə kömək edir.
Mikayıl Mikayılovun qeyd etdiyi kimi, belə bir ideyanın həyata keçirilməsi bütün truppanın vahid komanda şəklində işləməsini tələb edir.
Fəlsəfə rəqsdə canlananda
Rejissor konsepsiyası tamaşanın fəlsəfi əsasını müəyyən edirsə, xoreoqrafiya bu ideyanı hərəkət və plastika vasitəsilə açmağa kömək edir. Rəqsin yeni "Turandot"da oynadığı rol və tamaşanın xoreoqrafik quruluşunun necə yaradıldığı barədə Trend Life Azərbaycanın xalq artisti Mədinə Əliyeva ilə söhbət edib. O, quruluş üzərində Əməkdar artist Anar Mikayılovla birlikdə çalışıb.
Bu dəfə tamaşa Heydər Əliyev Sarayında təqdim olunub, çünki Opera və Balet Teatrının səhnəsində yenidənqurma işləri davam edir. Mədinə Əliyevanın sözlərinə görə, sarayın səhnə məkanının xüsusiyyətləri xoreoqrafiya qrupu qarşısında əlavə tapşırıqlar qoyub. "Turandot"da teatr truppasının, demək olar ki, bütün üzvlərinin iştirak etdiyini nəzərə alaraq, artistlərin səhnədə hərəkət marşrutlarını və rəqs epizodlarının quruluşunu elə planlaşdırmaq lazım idi ki, onların ifadəliliyi qorunsun və tamaşanın ümumi quruluşuna təbii şəkildə uyğunlaşsın.
Rejissorun təklif etdiyi beş ünsür konsepsiyasının səhnədə təcəssümü ayrıca yaradıcılıq işi idi. Xoreoqraflar hər bir ünsür üçün özünəməxsus plastika, dinamika və ifadəli səhnə obrazı axtarıblar. Beləliklə, fəlsəfi ideya hərəkətdə inkişaf edərək tamaşanın ümumi bədii həllinin bir hissəsinə çevrilib.
Səhnədə nağıl yarananda
Tamaşanın fəlsəfi ideyası təkcə xoreoqrafiya ilə deyil, həm də səhnə tərtibatı və kostyumlarla açılır. Məhz bunlar tamaşanın dünyasını gözlə görünən və hiss edilən edir. "Turandot" hadisələri Çinlə, onun mədəniyyəti və ənənələri ilə bağlı olan nağılvari bir hekayədir. Buna görə də quruluşçu rəssamın qarşısında təkcə Şərq nağılının ab-havasını yaratmaq deyil, həm də fantaziyanın tarixi və mədəni motivlərlə birləşdiyi ifadəli vizual dil tapmaq vəzifəsi dayanırdı.
Tamaşanın bədii görünüşünün necə yaradıldığı və kostyumların hansı rol oynadığı barədə Trend Life quruluşçu rəssam Mustafa Mustafayevlə söhbət edib.
Onun üçün "Turandot" çoxdankı arzusunun gerçəkləşməsi - ilk dəfə belə böyük miqyaslı opera üzərində işləmək imkanı olub.
"Bu nağılı çox-çox sevirəm. Uzun müddət opera üzərində işləməyi arzulayırdım, birdən-birə də 'Turandot'! Bu, möhtəşəm musiqisi olan, heyrətamiz, əsl nağıl operasıdır. Belə bir layihənin bir hissəsi olmaq imkanı yaratdığına görə taleyə və Yusif Eyvazova minnətdaram", - deyə Mustafa Mustafayev bildirib.
Tamaşanın səhnə görünüşünün yaradılması böyük zəhmət və xeyli fiziki güc tələb edib. Qısa müddətdə çoxsaylı kostyumlar hazırlanmalı, bütün detallar düşünülməli və rejissorun ideyası gerçəkləşdirilməli idi. Xoreoqrafiyada olduğu kimi, vizual həllin də mərkəzində beş ünsür dayanıb. Parlaq kostyumlarla vurğulanan bu ünsürlərin səhnə təcəssümü operaya əlavə ifadəlilik və dinamika qazandırıb.
"Bütün qərarlar asanlıqla qəbul olunmadı. Dekorasiya və kostyumların hazırlanması heç də asan iş deyildi. Xüsusilə Turandot və Kalafın kostyumlarının yaradılması mürəkkəb idi - bu, bizdən geniş təxəyyül tələb etdi. Əsl nağıl yaratmağa çalışdıq", - deyə quruluşçu rəssam söyləyib.
Mustafa Mustafayev nəzərdə tutulan ideyaların həyata keçirilməsinə, kostyumların tikilməsinə və rənglənməsinə kömək edən texniki heyətə də xüsusi təşəkkürünü bildirib. "Bu insanların iştirakı olmadan bir çox şeyi həyata keçirmək sadəcə mümkün olmazdı", - deyə o əlavə edib.
Tamaşanın tarixində Azərbaycanın xalq artisti, teatrın direktoru və dünya şöhrətli opera müğənnisi Yusif Eyvazov xüsusi yer tutur.Məhz o, 98 illik fasilədən sonra "Turandot"un Bakı səhnəsinə qaytarılması layihəsinin təşəbbüskarı və rəhbəri olub. Yusif Eyvazov özü də şahzadə Kalaf partiyasını ifa edib. Bu partiya onun repertuarındakı ən əlamətdar rollardan biridir. Müğənni Kalaf obrazı ilə Nyu-Yorkdakı Metropolitan Opera, Vyana Dövlət Operası, Berlin Dövlət Operası və Milanın "La Skala" teatrı da daxil olmaqla dünyanın aparıcı opera səhnələrində çıxış edib.
Tamaşa Azərbaycanın aparıcı ifaçılarını və dəvət olunmuş xarici sənətçiləri bir araya gətirib. Onların arasında italyan soprano Karmen Canattazio, çilili tenor Dieqo Qodoy, eləcə də Azərbaycanın xalq artistləri Yusif Eyvazov və Əkrəm Poladov yer alıblar.
Tamaşada Azərbaycanın əməkdar artistləri Fəridə Məmmədova, İlahə Əfəndiyeva, Fərid Əliyev, Afaq Abbasova, Anton Fershtandt, İnara Babayeva, Tural Ağasıyev və Əliahməd İbrahimov, həmçinin Fatimə Cəfərzadə, Fəhmin Əhmədli, Orxan Cəlilov, İqor Yadrov, Mahir Tağızadə və Məhəmməd Şəmmadov da iştirak ediblər.
Dirijor pultu arxasında tanınmış maestro Beatriçe Venesi, Azərbaycanın əməkdar artisti Eyyub Quliyev və Mustafa Mehmandarov dayanıb.
Bakı səhnəsi üçün xüsusi hazırlanmış yeni quruluş teatrın böyük yaradıcı kollektivinin səylərini birləşdirib. Tamaşanın yaradıcı heyətinə quruluşçu rejissor Mikayıl Mikayılov, quruluşçu rəssam Mustafa Mustafayev, rəssam-icraçı, Əməkdar mədəniyyət işçisi Tehran Babayev və xormeyster, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva daxildir.
"Turandot"un səhnəarxasında böyük zəhmət, yaradıcı axtarışlar, cəsarətli qərarlar və tamaşanın ərsəyə gəlməsinə öz töhfəsini verən onlarla insanın əməyi dayanır. Səhnədə bütün bunlar vahid bir bütövə çevrilərək musiqi, hərəkət və Şərq nağılının heyrətamiz dünyasını yaradır. Bu dünyada sevgi hətta ən soyuq qəlbi belə əridə bilir.
Heç kimə sirr deyil ki, bu səviyyəli opera tamaşaları ənənəvi olaraq dünyanın ən bahalı səhnə layihələri sırasına daxildir. Buna görə də Bakı quruluşunun yaradıcılarının biletlərin əlçatan olmasına xüsusi diqqət yetirməsi daha böyük əhəmiyyət daşıyır. Məqsəd mümkün qədər çox insanın Puççininin möhtəşəm musiqisi ilə yaxından tanış olması və bu sənət incisinə toxuna bilməsidir.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakı səhnəsində “Turandot”un möhtəşəm premyerası: pərdəarxası - (Foto)
-
Xalidə Gözəl vəfat etdi
-
“İspan simfoniyası” virtuoz skripkaçı Elvin Xoca Qəniyevin ifasında Polşada gur alqışlarla qarşılanıb - (Foto/Video)
-
Milli Dram Teatrında Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin anım günü keçirilib - (Foto)
-
“QƏLƏBƏ NƏĞMƏSİ” - Gəncədə
-
Ramil Qasımov Ramiz Mustafayevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edib - (Foto)
XƏBƏR LENTİ
-
Postmünaqişə dövründə etimad və barışığın bərpası ən çətin məsələlərdəndir - Hikmət Hacıyev
-
Qərb mediasının “mələk” olması barədə uydurma təsəvvür yaradılmışdı - Hikmət Hacıyev
-
Tanınmış stilist "İntuş" vəfat etdi
-
Sülh sazişi imzalana, yaxud sadəcə kağız üzərində qala bilər
-
Bakıda ev almaq istəyənlər üçün yeni imkan
-
Gənclər arasında yeni trend yayıldı: Çəkiclə üzlərinə vururlar - (Video)
-
Məktəbdə TikTok-da canlı yayım açan müəllim işdən çıxarıldı
-
Yasamalda məşhur restoran bağlandı
-
“AzParking” tətbiqində yeniliklər: Sürücüləri hansı dəyişikliklər gözləyir?
-
Qarabağ suvarma kanalının yenidən qurulması üzrə İşçi qrupunun növbəti iclası keçirilib - (Foto)
-
Azərbaycan QHT-lərindən İran Prezidentinə - Açıq məktub
-
Müğənni Sevda: "12 ev dəyişmişəm"
-
Bakı səhnəsində “Turandot”un möhtəşəm premyerası: pərdəarxası - (Foto)
-
Flik "Real"a məğlubiyyətin səbəbini açıqladı
-
Ordubadda ayı sakinlərə hücum etdi - (Video)
-
Magistral yolda faciə: İki piyada həyatını itirdi - Anbaan video
-
Rafet El Romandan azərbaycanlı nişanlısı ilə bağlı diqqətçəkən açıqlama
-
Biz əyalət deyilik, yaxud İlbər Ortaylının boş qalan yeri…
-
Türkiyədə fond böhranı: AKP-nin nüfuzlu simaları ilə bağlı iddialar
-
Ermənistana keçən çoban Azərbaycana qaytarıldı
-
Rusiyalı qadın azərbaycanlı qızı kilsənin önündə şəkil çəkdirdiyi üçün qınadı - (Video)
-
Ermənistanın ekoloji riyakarlığı: COP17-də təbiətdən danışır, Amulsar isə suallar yaradır
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Kapitoli təpəsində Siyasi Büro





