“İspan simfoniyası” virtuoz skripkaçı Elvin Xoca Qəniyevin ifasında Polşada gur alqışlarla qarşılanıb - (Foto/Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın Əməkdar artisti, virtuoz skripkaçı Elvin Xoca Qəniyevin çıxışı Polşanın Olsztyn şəhərində yerləşən Feliks Novoveyski adına Varmiya-Mazuri Filarmoniyasında keçirilən simfonik konsertin ən yaddaqalan məqamlarından biri olub. Musiqiçinin Eduard Lalonun "İspan simfoniyası" əsərini ifası tamaşaçıların gur alqışları ilə qarşılanıb.
Bu barədə Milli.Az-a sənətçinin mətbuat xidmətindən məlumat verilib.
Konsert filarmoniyanın 81-ci bədii mövsümü çərçivəsində baş tutub. Dirijor pultu arxasında Nestor Bayona dayanıb, proqramın əsas diqqət mərkəzində isə skripka repertuarının ən parlaq əsərlərindən birində solo partiyanı ifa edən Elvin Xoca Qəniyev olub.
Fransız bəstəkarı Eduard Lalonun re minor tonallığında, 21-ci opus nömrəsi ilə tanınan "İspan simfoniyası" əsəri ifaçıdan yalnız yüksək texniki ustalıq deyil, həm də parlaq artistizm, incə üslub duyumu və zəngin musiqi emosiyalarını çatdırmaq bacarığı tələb edir. Qəniyevin ifasında virtuozluq lirik ifadəliliklə vəhdət təşkil edib, musiqinin temperamentli və enerjili xarakteri isə skripka ilə simfonik orkestrin dialoqunda öz əksini tapıb.
Azərbaycanlı musiqiçinin çıxışı zalda böyük maraq doğurub və gur alqışlarla başa çataraq konsert axşamının yaddaqalan hadisələrindən birinə çevrilib.
Zaxar Bron məktəbi və beynəlxalq tanınma
Müasir dövrün tanınmış skripkaçılarından biri olan Elvin Xoca Qəniyevin yaradıcılıq formalaşmasında görkəmli skripka pedaqoqu Zaxar Bronun məktəbi xüsusi yer tutur. O, Maksim Vengerov, Devid Qarret və Su-Yunq Li kimi tanınmış skripkaçılar yetişdirib. Elvin Madriddəki Reina Sofía Ali Musiqi Məktəbində professor Zaxar Bronun sinfində təhsil alıb, daha sonra musiqi təhsilini Almaniyada davam etdirib.
Musiqiçi nüfuzlu beynəlxalq müsabiqələrin laureatıdır. 2023-cü ildə Polşada keçirilən Karol Şimanovski adına Beynəlxalq Müsabiqədə ikinci mükafata layiq görülüb. Onun nailiyyətləri sırasında Berliner International Music Competition müsabiqəsinin qızıl medalı və digər beynəlxalq yarışlarda qazandığı mükafatlar da var.
Karyerası ərzində Qəniyev dünyanın nüfuzlu konsert salonlarında tanınmış orkestrlər və dirijorlarla çıxış edib, beynəlxalq akademik musiqi səhnəsində özünəməxsus ifa tərzi ilə seçilən yeni nəsil musiqiçilərindən biri kimi tanınıb.
Beynəlxalq albomlar və yeni layihələr
Skripkaçının yaradıcılığında beynəlxalq səviyyədə işıq üzü görən albomlar da mühüm yer tutur. 2024-cü ildə onun ifasında Ejen İsayın solo skripka üçün yazdığı altı sonatanın hamısını əhatə edən "Ysaÿe: Six Sonatas for Solo Violin" albomu işıq üzü görüb.
2026-cı ilin fevralında isə Solo Musica leyblı Feliks Mendelsonun skripka və orkestr üçün re minor və mi minor konsertlərinin yer aldığı yeni albomu təqdim edib. Əsərlər Hovard Qriffitsin dirijorluğu ilə Roytlingen Vürtemberq Filarmoniya Orkestrinin müşayiəti ilə lentə alınıb.
Olsztyndə keçirilən konsertin proqramına fransız bəstəkarı Jorj Bizenin do major tonallığında Simfoniyası da daxil olub. Nestor Bayonanın rəhbərlik etdiyi Varmiya-Mazuri Filarmoniyasının Simfonik Orkestri əsəri zəngin orkestr səslənməsi və ifadəli musiqi dramaturgiyası ilə təqdim edib.
Konsertdən əvvəl dinləyicilər üçün Vitold Paprotskinin aparıcılığı ilə "Musiqi haqqında söhbət" proqramı çərçivəsində görüş də təşkil olunub.
Elvin Xoca Qəniyevin Polşadakı çıxışı onun beynəlxalq konsert fəaliyyətinin davamı olmaqla yanaşı, Azərbaycan ifaçılıq sənətinin Avropa musiqi səhnəsində təmsil olunmasının daha bir nümunəsinə çevrilib.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“İspan simfoniyası” virtuoz skripkaçı Elvin Xoca Qəniyevin ifasında Polşada gur alqışlarla qarşılanıb - (Foto/Video)
-
Milli Dram Teatrında Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin anım günü keçirilib - (Foto)
-
“QƏLƏBƏ NƏĞMƏSİ” - Gəncədə
-
Ramil Qasımov Ramiz Mustafayevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edib - (Foto)
-
VI Buktreyler Beynəlxalq Film Festivalının Mükafatlandırma Mərasimi keçirildi Kitabı tanıdın, kitabla tanının! - (Foto)
-
MEMİM-in “Mədəniyyət rüzgarı” Quba-Xaçmaz bölgəsində əsəcək - (Foto)
XƏBƏR LENTİ
-
Zığda yaşayış binasındakı yanğın söndürüldü - (Yenilənib)
-
Flora Kərimovanın vəziyyəti açıqlandl
-
Ceyhunun öldüyü dava: Tanınmış idmançı saxlanıldı
-
Premyer Liqa: "Kəpəz" "Şəfa"nı məğlub edib
-
Zeytunla başlayan, musiqi ilə davam edən gün - (Foto)
-
“İspan simfoniyası” virtuoz skripkaçı Elvin Xoca Qəniyevin ifasında Polşada gur alqışlarla qarşılanıb - (Foto/Video)
-
Nev vəfat etdi
-
Türkiyədən Yunanıstana xəbərdarlıq
-
Kiyevdə partlayışlar baş verib
-
Azərbaycan məktəblərində hicab məsələsi türkiyəli jurnalistlə müzakirə olunub
-
Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir
-
Gəncədə 49 yaşlı kişi bıçaqlandı
-
Dilarə Əliyevaya yeni vəzifə verildi
-
Sumqayıtda maşın piyadaları vurdu, sonra yandı
-
Milli Dram Teatrında Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin anım günü keçirilib - (Foto)
-
Xocalının 3 kəndinə 7,3 milyon manat xərclənəcək
-
Hava ilə bağlı xəbərdarlıq edildi
-
Onların maaşına 50 faizədək əlavə veriləcək
-
Kafedəki davada saxlanılan deputat oğlunun fotosu
-
“QƏLƏBƏ NƏĞMƏSİ” - Gəncədə
-
Payızda bu qidaları süfrənizdən əskik etməyin
-
Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir - Kamaləddin Qafarov
-
Bəzi pensiya alanları hansı dəyişikliklər gözləyir?
-
Zeytun Festivalının ikinci günü başladı - (Foto)





