Hadisə

Zığda yaşayış binasındakı yanğın söndürüldü - (Yenilənib)

24 Oktyabr 2026 15:30
Baxış: 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Milli.Az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb.

_____________

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayış binasından yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Milli.Az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə xidmətinin qüvvələri cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.