Cəmiyyət

Zeytun Festivalının ikinci günü başladı - (Foto)

24 Oktyabr 2026 13:13
Baxış: 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dənizkənarı Milli Parkın ərazisində keçirilən Zeytun Festivalının ikinci günü də maraqlı təqdimatlar, xoş ab-hava və əyləncəli proqram vəd edir.

Bakı Bulvarında qurulan pavilyonlarda istehsalçılar zeytun və zeytun məhsullarının geniş çeşidini təqdim edir.
Ziyarətçilərin festivala olan marağı nəzərə alınaraq tədbir məkanında səhər saatlarından axşamadək əyləncəli proqram təşkil olunub.

Bu günün konsert proqramında estrada ulduzları DJ Kamo, Rilaya, Mərdan Kazımov, axşam saatlarında isə Orxan Zeynallı, Xəyyam Nisanov və Zülfiyyə Xanbabayeva olacaq.

Zeytun Festivalı Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, "Absheron Olive Gardens" və "Olivea" zeytun məhsullarının sponsorluğu ilə keçirilir.

Festival ərazisinə giriş, əyləncə və konsert proqramlarına qoşulmaq ödənişsizdir.

Festival oktyabrın 25-də də davam edəcək.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.